Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Bu barədə M.Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
“Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim”, - deyə Türkiyənin baş diplomatı vurğulayıb.
Qeyd edək ki, görüşdə Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?