Ənnağı Hacıbəyli İsa Qəmbərə “25 ildir, eyni şeyi danışırsınız, biz bunları çox eşitmişik, Milli Şuranın vəzifələri, təkliflər barədə danışın" deyə narazılıq edib
Milli Şurasının (MŞ) bu gün keçirilən ilk sessiyasında mübahisə düşüb. APA-nın məlumatına görə, MŞ üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının çıxışı digər MŞ üzvü, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin etirazına səbəb olub.
F. Qəhrəmanlının əsasən hakimiyyətin tənqidi üzərində qurduğu çıxışından sonra söz alan Ə. Hacıbəyli üzünü Müsavat başqanı İsa Qəmbərə tutaraq, “25 ildir, eyni şeyi danışırsınız. Biz bunları çox eşitmişik. Milli Şuranın vəzifələri, təkliflər barədə danışın. Reqlament müəyyənləşdirin”, - deyə narazılıq edib.
İ. Qəmbər isə bildirib ki, çıxışçılar bu etirazı nəzərə almalıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?