“Birliyimizi qorumalıyıq…” Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, Komitə sədrləri Gültəkin Hacıbəyli, Mehman Əliyev, Nurəddin Mustafayev, Milli Şuranın üzvü Fuad Ağayev Milli Şuranın toplantısı keçiriləcək Vere Palas otelinə gəlib. Eldar Namazovun “Yeni Müsavat”a verdiyi xəbərə görə, yaxın saatlarda Rüstəm İbrahimbəyov Tiflisdə olacaq.
Toplantı öncə xəbər verdiyimiz kimi, yerli vaxtla 18.00-a planlaşdırılıb.
Milli Şuranın komitə sədri Nurəddin Mustafayev isə “Yeni Müsavat”a bildirib ki, bu gün Milli Şura qarşısında dayanan bütün suallara dəqiq cavab tapılmalıdır: “Biz bütün hallarda birliyimizi qorumaq şərti ilə durumdan ən ideal çıxış yolunu tapmalıyıq. Ümid edirəm ki, biz buna nail olacağıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?