Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işə başlayacaq.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcək.
İclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev, Türkiyə tərəfdən həmsədri isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi Yavuz Türkgencidir.
Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.
Sonuncu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankarada keçirilib./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?