GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

Prezident İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

Tarix: 6-12-2017, 15:56 Bölmə :Siyasət Baxış: 426
Prezident İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub



Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunur.

Nazir Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə də məlumat verib.

Qeyd olunub ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar "Elektron imza" sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Gələn ildən “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan "Elektron Hökumət" portalıdır. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər. “Güzəştli mənzil sistemi” artıq portala inteqrasiya olunub, burada “Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, bu il portala 40 yeni xidmət əlavə olunub. Görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanan “Danışan Kitabxana”ya Heydər Əliyev Fondunun təşəbbüsü ilə 200 kitab əlavə edilib.

Sonra dövlət başçısına və birinci xanıma “Baktelecom” və “Aztelekom”un il ərzində həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib. Müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da əhatə edəcək. “İctimai İnternet” layihəsi çərçivəsində 18 məkan pulsuz internetlə təmin olunub. Avropada 1 internet provayderinin təmin etdiyi ən geniş pulsuz “Wi-Fi” zonası Bakıdadır.

Daha sonra “AzInTelecom”un beynəlxalq səs trafiki mübadiləsinin təşkili, telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması, eləcə də Regional “Data Mərkəzi”nin texniki imkanları vasitəsilə “bulud” əsaslı xidmətləri barədə məlumat verilib. Beynəlxalq səs trafikinin təşkili üçün istifadə edilən kommutasiya şəbəkəsi tam surətdə yenilənərək IP əsaslı yeni Beynəlxalq Kommutasiya Sistemi qurulub.

Yeni yaradılan xidmət mərkəzlərindən biri də “Şəbəkə”dir. Hazırda respublika üzrə 5 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə "Şəbəkə" mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, bu il 25 yaşını qeyd edən “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2017-ci ildə bir sıra işlər görülüb. “Azərbaycan poçt markalarında” adlı kitab həm yerli, həm də əcnəbi filatelistləri ölkəmizin mədəni irsi ilə tanış edir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qurumun həyata keçirdiyi layihələr barədə məlumat verilib. 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan Azərkosmos “Azərspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, səs, video məlumatlarının ötürülməsi və digər xidmətləri təqdim edir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC-nin yaradılmasından ötən dövr ərzində bu qurum ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.

Sərgidəki Yüksək Texnologiyalar Parkında yerli startapçılar tərəfindən hazırlanan məhsullar nümayiş olunur. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların layihələri böyük maraqla qarşılanır.

Sonra Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” televiziya kanallarının suallarını cavablandırıb.

Sərgidə Virtual Cərrahiyyə barədə də məlumat verilib. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları artırılmış reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər. Üzdə aparılan rekonstruktiv cərrahi əməliyyatlara yüksək funksional və estetik tələblər qoyulur. Bu metodika nəticəsində qısa müddətə yüksək dəqiqlik, təhlükəsizlik və estetik nəticələrə nail olmaq mümkündür.

Sərgidəki “Oyun zonası”nda Yüksək Texnologiyalar Parkının biznes inkubatorunda fəaliyyət göstərən yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” oyunlarını təqdim edirlər. “Pazl xalça” oyunu Azərbaycan xalçaçılıq məktəblərinin, xalça növlərinin öyrənilməsini və tarixi dəyərlərə sevgi ruhunun aşılanmasını təbliğ edəcək. “Yüksəklik” virtual reallıq döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunu hazırlayanlar 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla işğaldan azad etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıblar. Burada, həmçinin “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar da nümayiş olunur. Şirkət bir il ərzində qlobal bazarda auditoriyası 3 milyondan artıq olan 4 oyun istifadəyə verib.

Məlumat verilib ki, Rusiya Federasiyası sərgidə geniş təmsil olunur. Rusiyanın 5 şirkəti televiziya şəbəkələri və onlayn video üçün platformalar, bu sahədə müxtəlif xidmətlərini təklif edir. Bundan başqa, Rusiyanın stendində mobil şəbəkələrin optimallaşdırılması və radioölçmələr, peşəkar texniki təlimlər, eləcə də şəbəkənin idarə edilməsi və nəzarət üzrə həll variantlarının hazırlanması və tətbiqi sahəsində ixtisaslaşmış xidmətlər nümayiş olunur.

Fransa “Bakutel-2017”sərgisində 4 şirkətlə təmsil olunur. Bunlar qlobal proqram hazırlığı üzrə dünyada tanınmış şirkətlərdir. Eyni zamanda, Fransa stendlərində sənaye üçün qabaqcıl texnologiyalar, batareyaların hazırlanması və quraşdırılması, həmçinin yaşayış və qeyri-yaşayış binaları, məlumat mərkəzləri, ofis məkanları üçün şəbəkə avadanlığı və müşahidə sistemləri təqdim olunur. Bu ölkənin şirkətləri alıcılara təhlükəsiz mobil rabitə həlləri, iOS və Android telefonlarının zənglərini, mobil məlumat axınlarını, mesajların, elektron və poçt mübadiləsini şifrələyən sistemlərini təklif edir.

“Bakutel-2017”sərgisində Sərgidə iştirak edən ölkələr arasında Sloveniya da var. Bu ölkə 10 ildən artıqdır ki, “Bakutel” sərgisində iştirak edir. Sloveniya pavilyonunda İKT avadanlıqları, yeni texnologiyalar nümayiş olunur. Stendlərdə rabitə, dəmir yolu, energetika, təhlükəsizlik sahələrində İKT məhsulları barədə məlumat verilir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının pavilyonuna gəliblər. Məlumat verilib ki, Türkiyə digər sərgilərdə olduğu kimi, “Bakutel-2017”də də geniş təmsil olunur. Qardaş ölkənin ümumilikdə 4 aparıcı şirkəti burada məhsullarını təqdim edir. Bu məhsullar arasında peyk sistemləri, rabitə, mobil və milli poçt operatorlarının xidmətləri yer alır. Türkiyə bu sərgiyə böyük maraq göstərir və hər il şirkətlərin təklif etdiyi xidmət və məhsulların çeşidi artır.

Kanada artıq 8 ildir ki, “Bakutel” sərgisində təmsil olunur. Budəfəki sərgidə Kanadanın 5 şirkəti simsiz, məlumat və sabit komunikasiya şəbəkələri, telekommunikasiya cihazları ilə bağlı məhsullarını nümayiş etdirir.

“Bakutel-2017”nin fəal iştirakçıları arasında İran İslam Respublikası da var. İranın 9 şirkəti sərgidə intellektual məhsullarını nümayiş etdirir. Yüksək səviyyəli bu məhsullar böyük maraqla qarşılanır. Burada əsasan “startap” layihələri barədə məlumat verilir. İran şirkətlərinin də “Bakutel” sərgisinə marağı ildən-ilə daha da artır.

Gürcüstanın 4 şirkəti “Bakutel-2017”də məhsullarını təqdim edir. Bu şirkətlər inşaat sənayesi üçün innovativ platformalar və İKT layihələri, “startap” və interaktiv dil öyrənmək üçün tətbiq ilə bağlı məhsullarını nümayiş etdirir.

İtaliya-Azərbaycan Ticarət Palatasının da sərgidə stendi var. Burada telekommunikasiya, naviqasiya, Yerin fəzadan müşahidəsi, ətraf mühitin idarə edilməsi, kəşfiyyat, elm və orbital infrastrukturlar üçün yüksək texnologiyalar üzrə həllər sahəsində 40 illik təcrübəsi olan İtaliya şirkəti məhsullarını nümayiş etdirir. Şirkət ölkəmizlə İKT sahəsində əməkdaşlıqda maraqlıdır.

Xorvatiya da “Bakutel” sərgisinə böyük maraq göstərir. Sərgidə bu ölkənin 5 şirkəti bulud və üztanıma texnologiyaları, mehmanxanalar, səhiyyə müəssisələri, aviasiya sənayesinin idarə edilməsi üçün proqram təminatı təqdim edir.

Birləşmiş Ərəb Əmirliklərinin stendində İT aktivlərinin ömrünü uzatmağa imkan verən məlumat mərkəzləri üçün texniki xidmətlər təklif olunur. Burada, həmçinin video, audio və məlumat siqnallarının qəbulu və yayılması üzrə texnologiyalar maraqla qarşılanır.

“Bestcomp” Cənubi Qafqaz və Orta Asiyanın İKT üzrə aparıcı şirkətidir. 2017-ci ildə şirkət ABŞ-ın Çikaqo şəhərində ilin ən yaxşı tərəfdaşı seçilib. Sərgidə şirkətə məxsus innovativ həllər nümayiş etdirilir. Həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan “Htech İnvest” şirkətinin Azərbaycanda istehsal etdiyi “Acer” kompüterləri təqdim olunur.

Sərgidə iştirak edən “AzQtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda 4G texnologiyası əsasında genişzolaqlı mobil internet xidməti göstərən operatordur. “Sazz” internet brendi ilə tanınan şirkət ölkənin ən böyük internet provayderlərdən biridir. Abşeron yarımadasında, eləcə də digər şəhərlərdə simsiz, limitsiz və yüksək sürətli internet təqdim etmək məqsədilə şirkət sərgidə ən son texnologiyaları nümayiş etdirir.

“Huawei” şirkəti Azərbaycan bazarına 2002-ci ildə daxil olub. 2004-cü ildə şirkətin ölkəmizdə nümayəndəliyi, 2011-ci ildə isə filialı təssis edilib. “Huawei” hər zaman İKT sənayesinin inkişafını təbliğ etməyi, ticarət və mədəniyyət əlaqələri mövzusunda yardımçı olmağı qarşısına məqsəd qoyub. İndiyədək şirkət Azərbaycandakı bütün əsas telekommunikasiya operatorları ilə əməkdaşlıq qurub və əhalinin təxminən yarısını əhatə edən telekommunikasiya şəbəkəsi yaradıb.

“Nokia” şirkəti də “Bakutel-2017” sərgisində təmsil olunur. Şirkət bütün dünyanı birləşdirən texnologiyalar hazırlayır və “Nokia Bell” laboratoriyalarının tədqiqat və innovasiyasından istifadə edərək xidməti provayderlərini, iri müəssisələr və istehsalçıları ən mükəmməl və fasiləsiz İKT xidmətləri ilə təmin edir.

Dövlət başçısı “Microsoft” korporasiyasının stendi ilə də tanış olub. “Microsoft” 1975-ci ildə təsis olunub və proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server əlaqələri üçün server tətbiqləri var. Şirkət ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir.

Sonra dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzinin foyesində “Azərmarka” tərəfindən il ərzində dövriyyəyə buraxılan ən maraqlı poçt markalarından ibarət fotoqalereyaya baxıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "BakuTel-2016" sərgisi ilə tanış olublar

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    30-11-2016, 14:00

  • 
  • Ziya Məmmədova bir dəstə gül verib yola saldılar

    Ziya Məmmədova bir dəstə gül verib yola saldılar ...

    16-02-2017, 22:41

  • 
  • RABİTƏ NAZİRLİYİNDƏ YENİ BİRİNCİ MÜAVİN – 38 yaşlı Ramin Quluzadə kimdir?

    RABİTƏ NAZİRLİYİNDƏ YENİ BİRİNCİ MÜAVİN – 38 ...

    25-11-2015, 14:36

  • 
  • Ziya Məmmədovun nazirliyi ləğv edildi – Yenilənib

    Ziya Məmmədovun nazirliyi ləğv edildi – Yenilənib ...

    13-02-2017, 16:57

  • 
  • Nəqliyyat Nazirliyində yoxlamalar başladı

    Nəqliyyat Nazirliyində yoxlamalar başladı ...

    2-03-2017, 23:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu