GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Liderlərin İstanbul sammiti - Ərdoğan və Əliyevdən sərt mövqe

Liderlərin İstanbul sammiti - Ərdoğan və Əliyevdən sərt mövqe

Tarix: 11-12-2017, 10:24 Bölmə :Siyasət Baxış: 332
Liderlərin İstanbul sammiti - Ərdoğan və Əliyevdən sərt mövqe



Bakı üçün fövqəladə gəlişmə; Bu gün Rusiya prezidenti Putin Türkiyəyə gedir; iki gün sonra isə qardaş ölkə Qüdslə bağlı kritik toplantıya ev sahibliyi edəcək; dünyanın gözü Türkiyədə; amerikalı tanınmış politoloq: “Azərbaycan diqqətli olmalıdır...”

Bu gün - dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərə gedəcək. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə o, Suriya (Yaxın Şərq) və energetika məsələlərini müzakirə edəcək. Bu, iki prezident arasında son 9 ayda reallaşan sayca 6-cı canlı təmas olacaq.

Qeyd edək ki, Ərdoğan və Putin az öncə Soçidə İran prezidenti Həsən Ruhani ilə üçlü formatda bir araya gəlmişdi. Lakin bu dəfə üçlü format gözlənilmir. Bu da belə deməyə əsas verir ki, gündəlikdə Suriya böhranından da vacib, ikitərəfli münasibətlərə aid mühüm mövzular var. Əks halda, Rusiya lideri qısa zaman sonra “xırda problemlərə” görə Türkiyəyə şəxsən təşrif buyurmazdı.

*****

Ərdoğan-Putin təmasından iki gün sonra - dekabrın 13-də, isə İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri başçılarının növbədənkənar İstanbul toplantısı keçiriləcək. Türkiyə prezidenti bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə də telefon açıb və onu Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ prezidenti D.Trampın Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Xəbərdə ən çox diqqət çəkən məqam da elə budur: Ağ Ev başçısının qərarının iki prezident tərəfindən yetərincə sərt şəkildə qınanması.

Prezidentlər, eyni zamanda, Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək, müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər. İlham Əliyev habelə, Türkiyə prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını bildirib.

*****

Trampın Qüdslə bağlı qərarına Azərbaycan və Türkiyənin rəsmi münasibəti öncədən də bəlli idi. Rəsmi Bakı haqlı olaraq, məsələdə beynəlxalq hüquqa, BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı məlum qətnamələrinə söykənir və beynəlxalq birliyin yanındadır. Yeri gəlmişkən, xristian ölkələrinin də mütləq əksəriyyəti, hətta işğalçı Ermənistan ABŞ prezidentinin qərarını dəstəkləməyib. Məntiqlidir, çünki Qüds üç səmavi dinin müqəddəs mərkəzi sayılır.

Bu mənada düşünmürük ki, baş verənlər, özəlliklə, yəhudi dövlətini qıcıqlandıracaq İstanbul zirvəsi Azərbaycanın əsas silah tədarükçülərindən biri kimi İsraillə strateji tərəfdaşlıq əlaqələrimizə kölgə sala və ya Azərbaycanı çətin seçim qarşısında qoya bilər. Təl-Əvivin bundan artığını Bakıdan gözləməsi mümkün deyil və yəqin ki, gözlənilmir də. Çünki milli maraqlarımız islam ölkələri ilə, Ermənistanı təcavüzkar kimi tanıyan İƏT-lə yaxşı münasibətlər saxlamağı diktə edir.

“İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar dövlət elan edib və hər iclasda da Dağlıq Qarabağla bağlı xüsusi qətnamələr qəbul edir. Ümumiyyətlə, ərəb ölkələrinin bir çoxu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Hazırkı vəziyyət belədir ki, Azərbaycan İsraillə böyük strateji əlaqələr qura bilib. Amma Azərbaycan həm də beynəlxalq qanunları, BMT qətnamələrini əsas tutur”. Bunu politoloq Qabil Hüseyni Axar.az-a deyib.

Onun sözlərinə görə, bu günün reallıqları, müsəlman dünyası ilə daim inkişaf edən əlaqələrimiz Bakıya antiisrail mövqeyi tutmadan, Qüds məsələsində neytral bir mövqedən yanaşma tələb edir. “Biz Qüdsün açıq şəhər olması ideyasını irəli sürərək, bu şəhərin sivilizasiyanın unikal bir mərkəzi kimi qorunub saxlanılmasının vacibliyinin tərəfdarıyıq. Qüdsün islam dininin müqəddəs mərkəzi olduğunu unutmamalıyıq”, - deyə o əlavə edib.

*****

Türkiyədə bu həftə reallaşacaq hər iki mühüm tədbir (zirvə toplantısı və V.Putinin səfəri), sözsüz ki, qardaş ölkənin bölgədə artan rolunun, onun regional proseslərə təsir potensialının və önəminin növbəti nümayişi olacaq. Türkiyəni artan gücü isə sövq-təbii Azərbaycanın da gücünə güc qatılması deməkdir.

Bundan əlavə, İstanbul toplantısında qəbul edilməsi gözlənilən yekun sənəddə ehtimal ki, digər münaqişələr, o cümlədən Dağlıq Qarabağ konflikti ilə bağlı da prinsipial mövqe əksini tapacaq. Hələ də davam edən erməni işğalı məsələsinin ən azı, prezident İlham Əliyev tərəfindən bir daha islam ölkələrinin diqqətinə çatdırılacağı şübhə doğurmur. Qardaş ölkə ilə Rusiya liderləri arasında son vaxtlar xeyli intensivləşən dialoq bu yöndə nikbinliyi artırır ki, azaltmır.

Xarici siyasi ekspertlərin də bu xüsusda şərh və proqnozları maraq doğurur.

*****

“Türkiyə qeyri-müəyyən ölkədir, onun addımlarını proqnozlaşdırmaq çətindir. Ona görə də Ankara Rusiyadan Qarabağdakı monopoliyasını ala bilər”. Belə bir intriqalı fikri “168 Jam” erməni nəşrinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl söyləyib.

Onun sözlərinə görə, Türkiyə bundan sonra da prosesə müdaxiləyə cəhd edəcək. “Bu müdaxilə yalnız aprel hadisələrinə bənzər hallarda ola bilər. Daha dəqiq desək, əgər toqquşmalar olsa, müdaxilə edə bilər, danışıqlar prosesi isə Rusiya və ABŞ-ın təsiri altındadır və ona buraya müdaxiləyə imkan verməzlər”, - deyə tanınmış politoloq qeyd edib.

Lakin Pol Qobl Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hələlik inkişaf imkanlarını görmədiyini deyib. “Digər tərəfdən isə prezidentlər və nazirlər görüşməli, Minsk Qrupu çalışmağa davam etməlidir ki, başqa ölkələrdə separat təşəbbüslərin effektivliyi azalsın. Rusiya bundan sonra da Azərbaycanı əldə etməyə cəhd edəcək, ona görə də diqqətli olmaq lazımdır,” - ekspert əlavə edib.

*****

Bütün hallarda, Ermənistana ən çox təsir imkanı olan Rusiya ilə Türkiyə arasında yaxınlaşma, onların liderləri arasında intensivləşən şəxsi təmaslar indi olmasa da, nə vaxtsa Qarabağa dair nizamlamanın gedişinə də pozitiv təsirlər buraxa bilər. Yaxud bu faktor hərbi əməliyyatlar zamanı Azərbaycanın xeyrinə işləyə bilər - nəyə ki, amerikalı politoloq da işarə vurub. Buna qədər isə Azərbaycan dünyada, o cümlədən islam aləmində dost-müttəfiqlərini qorumalı və onların sayını artırmalıdır./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Türkiyəyə gedir

    Putin Türkiyəyə gedir ...

    21-09-2017, 14:45

  • 
  • ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı...

    ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı... ...

    10-11-2017, 17:41

  • 
  • ​Ərdoğan-Putin görüşü başa çatdı - YENİLƏNİB

    ​Ərdoğan-Putin görüşü başa çatdı - YENİLƏNİB ...

    29-09-2017, 11:10

  • 
  • Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

    Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti ...

    9-04-2017, 23:24

  • 
  • Ərdoğan Putini yerində oturtdu

    Ərdoğan Putini yerində oturtdu ...

    5-12-2012, 10:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (302)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu