Görüşdə Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Əhməd Davudoğlu da iştirak edib
gundemxeber.az Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfərlə əlaqədar İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib. Dünən Rusiya prezidenti və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Görüşdə Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Əhməd Davudoğlu da iştirak edib. Görüşün keçirildiyi Dolmabağça sarayındakı baş nazir iqamətgahının qarşısında özlərini “Çərkəz Təşəbbüsü Qrupu”nun üzvü kimi təqdim edərək Putinin səfərinə etiraz aksiyası keçirməyə cəhd edən üç nəfər saxlanılıb. V.Putinin axşam saatlarında İstanbulu tərk edəcəyi gözlənilir. Rusiya prezidenti Vladimir Putin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq toplantısı üçün Türkiyəyə gedib. Putinin səfəri Suriyadakı qarşıdurmanın pik həddə çatdığı bu günlərdə kritik əhəmiyyət daşıyır. “Hürriyet” qəzetinin yazdığına görə, Suriya sərhədinə yerləşdiriləcək “Patriot” müdafiə sistemləri və Suriyada yaşananlar Putinin müzakirə mövzularına daxildir. Rusiya prezidentinin Ərdoğanla görüşündə ilk mövzu isə onun bel ağrıları olub. Putin bel ağrıları üzündən oturmaqda çətinlik çəkərkən, baş nazir Ərdoğan ona kömək edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?