Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun olduğu ağır yol qəzası barədə rəsmi məlumat yayılıb
Palitika.Az 1 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası barədə araşdırma aparılıb-aparılmadığı haqda Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayevlə əlaqə saxlayıb.
İ.Babayev sorğumuzu cavablandırarkən bildirib ki, faktla bağlı DİN-nin rəsmi saytında məlumat yerləşdirilib.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da saat 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi “KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?