26 dekabr tarixində MDB ölkələrinin dövlət başçıları Moskvada qeyri-formal görüş keçirəcək.
Toplantıda 2017-ci il üçün Rusiyanın MDB sədrliyinə yekun vurulacaq. Bundan başqa qurum çərçivəsində müxtəlif sahələr üzrə gələcəkdə qurulacaq əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Toplantıda Rusiyanı Vladimir Putin, Azərbaycanı İlham Əliyev, Belarusu Aleksandr Lukaşenko, Qazaxıstanı Nursultan Nazarbayev Moldovanı İqor Dodon, Özbəkistanı Şövkət Mirziyoyev və Ermənistanı Serj Sərkisyan təmsil edəcək. Türkmənistan prezidenti Berdımuhammedov isə görüşdə iştirak etməyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?