GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ Azərbaycanı terror təhlükəsi olan ölkələr sırasına daxil etdi - XİN-dən etiraz

ABŞ Azərbaycanı terror təhlükəsi olan ölkələr sırasına daxil etdi - XİN-dən etiraz

Tarix: 12-01-2018, 12:30 Bölmə :Siyasət Baxış: 254
ABŞ Azərbaycanı terror təhlükəsi olan ölkələr sırasına daxil etdi - XİN-dən etiraz


Azərbaycan XİN-dən cavab, deputatdan sərt reaksiya

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir. Azərbaycan amerikalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.


Qeyd edilir ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə və xəbərdarlıq xarakteri daşıyır.

Beləliklə, Azərbaycan terror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edib. Departamentin tövsiyəsində vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanlar ölməyə davam edir. Hər il ara-ara baş verən atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Təmas xəttinə yaxın yollardan və Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəd yaxınlığından uzaq gəzin.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ile ilgili görsel sonucu

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsi ilə əlaqədar deyib: “Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür. Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə “Yeni Müsavat”a açıqlamasında ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı əslində düzgün yanaşmadığını və burada Bakıdakı səfirliyin məlumatlarının da rol oynadığını bildirdi: “Ümumiyyətlə, Bakıdakı səfirliklərin iş prinsipləri, kadr personalının seçilməsi, onların təminatı və təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət ayırsanız görəcəksiniz ki, nəinki ayrı-ayrı dövlətlərin rəsmi orqanları, eləcə də diplomatik qurumların özündə belə, çox arzu edilməyən, reallıqla əlaqəsi olmayan kriteriyalar irəli sürülür və onun əsasında hərəkət edirlər. Ona görə də, məsələn, Almaniyada ABŞ səfirliyinin təmsilçiləri Bakıda, postsovet məkanındakı ölkələrin bir çoxunda aldığı əməkhaqlarından fərqli bir durumdadırlar. Bu, ona görə belə deyil ki, yerinə yetirdikləri funksiyalar ayrıdır. O kriteriyaların üzərinə təhlükə faktoru, ölkənin ekoloji durumu, insanlarla münasibətlər və sair məsələlər gəlir. Buna görə də hesab edirlər ki, ölkələrə yanaşma belə olmalıdır. Nə qədər ağrılı olsa da gerçək durum bundan ibarətdir. Hillari Klinton dövlət katibi olanda müxtəlif Afrika ölkələrində etirazlar baş qaldırmışdı və onlardan birində ABŞ səfirinə də hücum edilmişdi. Hadisə çox böyük skandala çevrilmişdi. Buna görə dövlət katibinin üzərinə bütün siyasi rəqibləri yeriməkdəydi. Ancaq siz indiyə qədər bizim ölkə ilə bağlı bu cür təhlükə xəbərdarlıqlarını verən dövlətlərin timsalında görmüsünüzmü ki, bir səfirin, yaxud səfirlik təmsilçilərinin hər hansı birinin əleyhinə hadisə baş verib? Belə fakt olmayıb”.

Deputat qeyd etdi ki, Azərbaycanda bir ildə milyondan yuxarı xarici turist öz istirahətini gerçəkləşdirə bilib və hər hansı bir problemlə üzləşməyiblər. Lakin məsələnin üçüncü tərəfi ondan ibarətdir ki, Azərbaycanın da yerləşdiyi bölgə müəyyən risklərlə üz-üzədir: “Bu təkcə bizim ölkəyə yönələn hər hansı təhdidlər, hərbi müdaxilə cəhdləri deyil. Yaxın Şərq regionunda yerləşən əksər ölkələrdə bu problemlər var. Azərbaycanın ərazilərini işğal edən dövlət-Ermənistan təhlükəli bir xarakterdə təqdim olunmur, Ermənistanı başqa bir qrupa layiq görürlər, amma işğala məruz qoyulan Azərbaycanı təhlükə qrupuna daxil edirlər. Bunu edənlər bir çox ciddi faktları sanki görməməzlikdən gəlirlər. Azərbaycanda çoxsaylı beynəlxalq siyasi, iqtisadi, idman tədbirləri keçirilib və keçirilir. Bu zaman kimsə gedib, məsələn, bir iştirakçını meydanda qətlə yetirməyib. Lakin bu gün Azərbaycana uyğun olmayan yanaşmanın şahidi oluruq. Azərbaycana çox haqsız münasibət göstərilib. Azərbaycan terror üçün əlverişli zəmin olan ölkələrdən deyil”.

Z.Oruc dedi ki, bu məsələ ilə bağlı Azərbaycan dövləti tərəfindən ABŞ səfirliyinə və müvafiq orqanlarına müraciət ediləcəyinə əmindir: “Çünki bu məsələ ölkəmizə gəlmək istəyən investorlara da təsir edir, dövlətlərin qərarlarına da təsiri var. İstənilən şirkət mütləq araşdıracaq ki, bu ölkəyə gələcəyi halda onun personalının təhlükəsizliyinə hansısa təhlükə varmı. Mən isə deyərdim ki, Azərbaycanda xarici ölkə təmsilçiləri daha üstün bir durumdadırlar. Onların təhlükəsizliyinə heç bir problem yoxdur. Mən şahidiyəm ki, ABŞ səfiri Göyçayda nar bayramında olanda onu əlahəzrət kral qiyafəsində qəbul edib bütün çevrəsini müşayiət edirdilər. İndi onlara sual edirəm ki, kim onlara burada nə edib ki, Azərbaycandan reallığı əks etdirməyən məlumatlar Vaşinqtona göndərilib və orada yanlış təsəvvür yaradılıb? Azərbaycanla əlaqəli hansısa bir terror təşkilatı bu günəcən olmayıb. Belə bir nümunə varmı?! Xeyr. Dünyada terror qrupları böyük güclərin əlindədir və onların geopolitik maraqlarının həyata keçirilməsində alətdir. Doğrudan ABŞ-ın bizim ölkəmizdən sarı terror təhlükəsi qayğısı varsa, buyursunlar, Azərbaycan onlarla birlikdə terrora qarşı mübarizəyə hazırdır. Amma biz göstərdiyimiz hədəflərə onlar atəş açsınlar. O hədəfləri Azərbaycan cəmiyyətində sıravi adamlar da çox yaxşı bilir”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb

    ABŞ vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə ...

    11-01-2018, 13:24

  • 
  • ABŞ Dövlət Departamenti: "Azərbaycanda terror riski artıb"

    ABŞ Dövlət Departamenti: "Azərbaycanda ...

    12-01-2018, 11:00

  • 
  • Rəsmi Bakıdan ABŞ-a etiraz — "Təəccüblüdür"

    Rəsmi Bakıdan ABŞ-a etiraz — ...

    11-01-2018, 13:23

  • 
  • XİN-dən Zeynəb Xanlarova ilə bağlı qalmaqala münasibət

    XİN-dən Zeynəb Xanlarova ilə bağlı qalmaqala ...

    29-08-2013, 22:14

  • 
  • İsrail öz vətəndaşlarını Azərbaycana səfərdən çəkinməyə çağırdı

    İsrail öz vətəndaşlarını Azərbaycana səfərdən ...

    19-08-2013, 17:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu