“Demokratik düşərgə, o cümlədən Milli Şura hakimiyyətlə həmişə dialoqa hazırdır”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev iqtidarla yeni yaranmış birlik arasında dialoqun perspektivini şərh edərkən deyib. O qeyd edib ki, danışıqlar yüksək səviyyədə aparılmalıdır.
“Dialoq hakimiyyətin yüksək vəzifəli məmurları və prezidentin iştirakı ilə olmalıdır”-deyə o, vurğulayıb. Onun sözlərinə görə dialoq və müzakirələr boş, cəfəng bəyanatlar verən YAP funksionerləri səviyyəsində aparılmamalıdır. “El” rəsmisi müzakirələrin mövzusuna da toxunub:
“Heç şübhəsiz ki, Qarabağ münaqişəsi prioritet olmalıdır. Eyni zamanda avtoritarizmdən demokratiyaya keçid, şəffaf və ədalətli seçkiləri keçirilməsi də müzakirə olunmalıdır”-deyə E.Quliyev bildirib.
Sorğu
Yeni dizaynımız necədir?