Siyavuş Novruzov: “Müxalifətdə dialoqa getmək potensialı olan insan yoxdur” Yeni Azərbaycan Partiyası (YAP) Milli Şura üzvü Mehman Əliyevin iqtidar-müxalifət dialoqu ilə bağlı təklifinə münasibət bildirib. Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP-ın müxalifətlə dialoqa hazır olduğunu deyib.
S.Novruzovun fikrincə, dialoqun indiyədək baş tutmaması müxalifətin qərarsızlığından irəli gəlib: “Biz uzun müddətdir bu məsələni deyirik. Daim dialoqa hazırıq. Amma müxalifətdə dialoqa getmək potensialı olan insan yoxdur. Birinci növbədə Milli Şura öz daxilində nizam-intizam yaratsın. Yersiz ittihamlara son qoysun. Ondan sonra fikir mübadiləsi aparsınlar. Onlarda konkretlik yoxdur. Biz hər zaman dialoqa hazırıq”.
Qeyd edək ki, Milli Şuranın üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Modern.az-a açıqlamasında müxalifətlə iqtidarın dialoqa getməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, seçkiöncəsi belə bir dialoqun olması mühüm əhəmiyyət kəsb edir.
Sorğu
Yeni dizaynımız necədir?