GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi

Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi

Tarix: 25-01-2018, 11:50 Bölmə :Siyasət Baxış: 365
Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi


Dövlət başçısı forum çərçivəsində İsrailin baş naziri və BP-nin baş icraçı direktoru ilə də bir araya gəldi; deputat: “Davos Forumu həm də siyasi meydandır”

Yanvarın 24-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Davosda İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşü olub. AzərTAc xəbər verir ki, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Prezidenti İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşüb.

Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2" yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.

Azərbaycan prezidenti İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə də görüşüb...

Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib. Ekspo 2025 Bakı Əməliyyat katibliyindən APA-ya verilən məlumata görə, yanvarın 23-də keçirilmiş tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarışını çatdırmaq olub. Toplantıya dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri qatılıb. Rəsmi qəbulda çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov qeyd edib ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu Dünya İqtisadi Forumunun builki mövzusu olan “Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” ilə geniş mənada üst-üstə düşür

Əmirbəyov vurğulayıb ki, “Bakının Ekspo 2025 üçün təklif etdiyi ”İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusunu Dünya İqtisadi Forumunda müzakirə etməkdən şərəf duyurlar: “Dünya həmişəkindən daha sürətli templə dəyişir və Ekspo 2025 üçün Bakının təklif etdiyi alt-mövzularını təşkil edən insan ehtiyacları - səhiyyə, təhsil və məşğulluq - dünyanın hər bir ölkəsinin üzləşdiyi məsələlərdir. İqtisadiyyatlar və cəmiyyətlər transformasiyaya uğrasa da, bu mövzular insanları birləşdirir və onların həyat seçimlərinə təsir göstərir. Bu xüsusda öz baxışlarımızı Davosda təqdim etmək imkanından çox məmnun olduq və tədbir zamanı və sonra aldığımız müsbət reaksiya bizdə ruh yüksəkliyi yaradır”.

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında forumun əhəmiyyətindən bəhs etdi: “Davod İqtisadi Forumu 48-ci dəfədir keçirilir və çox əhəmiyyətli bir forumdur. Çünki burada həm müəyyən ölkələrin dövlət başçıları, baş nazirləri, eyni zamanda iri şirkətlərin rəhbərləri iştirak edir. Bu, həm iqtisadi forumdur, həm də orada danışıqlar aparmaq üçün meydan var. Fikir verin, İlham Əliyev bu bir neçə gün ərzində 30-a yaxın şirkət rəhbərləri ilə, həmçinin OPEK-in rəhbəri ilə görüşüb. Yəni bu forumun çox böyük əhəmiyyəti var. Bizim üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, hələ əvvəlki dövrdə Davosun hazırladığı reytinq cədvəlində, inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutmuşuq. Yəni Litva, Macarıstandan sonra Azərbaycan gəlir. Bu forumun əhəmiyyəti həm də bundan ibarətdir ki, cənab prezident Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verir. Çıxışında qeyd edib ki, artıq neft-qaz ehtiyatlarına ümid etmək lazım deyil, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bu istiqamətdə Azərbaycanda aparılan islahatlar barədə danışıb”.
V.Əhmədov Davos Forumunun əslində bir meydan olduğunu vurğuladı: “Bu meydanda ölkəmizdə aparılan islahatları nəzərə çatdırmaq, iri şirkətləri bu barədə məlumatlandırmaq çox mühüm əhəmiyyət kəsb edir. İkincisi də orda müəyyən dövlət rəhbərləri ilə görüşlər keçirilir, məlumatlar verilir. Ola bilər ki, Azərbaycanla əlaqədar bəzi məlumatlar onlarda yoxdur, gedən iqtisadi islahatlardan xəbərsizdirlər. Məsələn, biz Milli Məclisin 3 komitəsində Ələt Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar qanun layihəsini müzakirə etdik və qəbulu üçün plenar iclasa təqdim etdik. Yəni belə bir zona ilk geniş azad iqtisadi zona olacaq. Bu kimi məsələlər barədə Davosda iri şirkətləri məlumatlandırmaq çox əhəmiyyətlidir. İnvestisiya yatırmaq istəyən şirkətlər, dövlətlər istəyirlər ki, orada stabillik olsun, bu da Azərbaycanda var. Cənab prezidentin bir fikri də çox xoşuma gəldi. Qeyd etdi ki, Azərbaycan müstəqil siyasət aparır. Düzdür, bu, bəzi dövlətlərin xoşuna gəlmir, bizi kiçik dövlət hesab edirlər, amma biz öz müstəqil siyasətimizi aparırıq, heç nədən də çəkinmirik. Yəni çox nümayişkaranə şəkildə bu sözləri dedi, bizimçün də bu, çox önəmlidir”. Deputat qeyd etdi ki, Davos Forumu təkcə iqtisadi forum deyil, həm də siyasi səhnədir: “Orada polemikalar üçün də meydan genişdir, həmçinin Qarabağ məsələsi ilə əlaqədar da məlumat verilir və s. Ümumilikdə, mən Dovos Forumunu həmişə yüksək əhəmiyyətli forum sayıram”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Davosda neftlə bağlı sessiyaya qatıldı

    İlham Əliyev Davosda neftlə bağlı sessiyaya ...

    24-01-2018, 20:32

  • 
  • Prezident İlham Əliyev: "Yəhudi icması Azərbaycanın inkişafına çox böyük töhfələr verir"

    Prezident İlham Əliyev: "Yəhudi icması ...

    13-12-2016, 20:55

  • 
  • Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”

    Benyamin Netanyahu: “İsrail-Azərbaycan əlaqələri ...

    14-12-2016, 23:15

  • 
  • İlham Əliyev Davosda İsveçrə prezidenti ilə görüşdü - FOTO

    İlham Əliyev Davosda İsveçrə prezidenti ilə ...

    18-01-2017, 12:03

  • 
  • İlham Əliyev Amerika Yəhudi Komitəsinin rəhbərliyinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    İlham Əliyev Amerika Yəhudi Komitəsinin ...

    29-01-2017, 21:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (136)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu