GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycana görə anti-Rusiya isterikası –İrəvana “yeni aprel” siqnalı

Azərbaycana görə anti-Rusiya isterikası –İrəvana “yeni aprel” siqnalı

Tarix: 27-01-2018, 12:52 Bölmə :Siyasət Baxış: 294
Azərbaycana görə anti-Rusiya isterikası –İrəvana “yeni aprel” siqnalı


Ermənistanın üç dərdi - bahalaşma, Bakıya verilən Rusiya silahları, bir də...; işğalçı ölkədə əhali həm də Moskvaya qarşı küçələrə çıxmağa çağırılır; düşmən oturduğu budağı kəsir? Yerli siyasilərdən və ekspertlərdən bədbin proqnozlar...

İşğalçı Ermənistan, onun siyasi elitası və əhalisi Yeni ilin gəlişi ilə daha kritik aylar yaşamağa başlayıb. Yanvarın 1-dən gündəlik tələbat mallarının, benzin və maye qazın bahalaşmasının yaratdığı ictimai-siyasi gərginliyin üzərinə neçə gündür Azərbaycanın Rusiyadan aldığı və artıq cəbhə bölgəsinə yola salınmış yeni partiya silahların doğurduğu xof da əlavə olunub.

Bu yandan da Azərbaycan prezidenti İlham Əliyevin az öncə Davosdan bəyan elədiyi “Rusiya ilə yeni hərbi müqavilələr imzalanacaq” açıqlaması ermənilər daha da qəzəbləndirib və təlaşa salıb. Erməni mediasında davam edən şərh və rəylər bu qənaətə şübhə saxlamır.

Diqqət çəkən məqamlardan biri də bu kimi yazılarda təklif edilən əcaib çıxış yollarıdır. Bir az da dəqiq desək, faktiki surətdə ermənilər “oturduqları budağı” kəsməyi təbliğ eləməyə başlayıblar. Kremlin könüllü vassalı və marioneti olan, bütünlüklə onun təhlükəsizlik çətiri altında olmaq hesabına öz mövcudluğunu saxlayan, xarici sərhədlərini belə rusların qoruduğu Ermənistanda Rusiyaya qarşı özünü göstərən yeni isterika və şantaj dalğasının bir adı da budur.

İlham Əliyev Davos ile ilgili görsel sonucu

*****

“Yeni Müsavat” erməni mediasına istinadən bu xüsusda düşmən ölkədə ictimai-siyasi ovqatı bilmək baxımından faydalı ola biləcək rəylərin təqdimatını davam edir.

Məsələn, bahalaşma əleyhinə kütləvi etiraz aksiyalarının əsas təşəbbüsçüsü olan “Yelk” (“Çıxış”) deputat blokunun üzvü Edmon Marukyan təklif edib ki, Azərbaycana Rusiya silahlarının verməsi məsələsi parlamentdə müzakirəyə çıxarılmalıdır. Bu barədə Lragir.am erməni saytı şimal qonşumuzun Azərbaycana tədarük elədiyi son partiya silahlara həsr elədiyi məqalədə deyilir.

“Rusiya Ermənistana münasibətdə ikiüzlü, mənəviyyatsız siyasət aparır. Bunu Rusiya isteblişmentinin hansı hissəsi həyata keçirir, artıq heç kim üçün maraqlı deyil, çünki silahı Azərbaycana Rusiya verir. Əgər o, Ermənistan qarşısında öz öhdəliklərinə sadiq olsaydı, heç olmazsa, Bakı ilə yeni hərbi sazişlər imzalamazdı. Amma Əliyev bəyan edir ki, təzə anlaşmalar üçün heç bir əngəl yoxdur. Demək, Ermənistan da Rusiya üçün yoxdur”, - deyə məqalədə qeyd olunur.

Yazıda daha sonra deyilir: “Təsəvvür eləmək çətindir ki, Ermənistanın hazırkı hakimiyyəti Rusiya-Azərbaycan sövdələşməsini əngəlləyə bilər. Buna da qəti şübhə yox ki, Ermənistan həm daxili həm də xarici məkanda təhlükəsizlik alternativləri formalaşdırmaq bacarığı nümayiş etdirməli, bununla da Rusiyaya onun hesablaşacağı situasiyanı diktə eləməlidir - necə ki, aprel müharibəsindən sonra məhz belə olmuşdu. Bu da aydındır ki, İrəvan dəqiq və aydın şəkildə öz narazılığını ortaya qoymalı və bəyan eləməlidir ki, Rusiya Azərbaycanı erməniləri qətlə yetirmək üçün silahalandırır. Bu mənada Edmon Marukyanın məsələni parlamentin gündəliyinə gətirmək təklifi olduqca mühümdür”.

Hərçənd yazı müəllifi şübhə edir ki, parlamentdə məsələni gündəliyə salmağa cəsarəti çatan qüvvələr ola bilər. “Ancaq bu, ”Yelk" blokunu dayandırmamalıdır. Əgər o, parlamentdə dəstək tapmasa, o zaman insanları Rusiya səfirliyi qarşısında etirazlar üçün küçələrə çıxmağa çağırmağa hazır olmalıdır" - nəşr əlavə edib.

Sərkis ile ilgili görsel sonucu

*****

“Baş verən son hadisələr proseslərin iki il öncəki kimi nəzarətdən çıxacağı yönündə həyəcan yaradır - nə vaxt ki, Azərbaycan Rusiyanın kart-blanşı ilə müharibəyə başlamışdı. Hər halda Nalbəndyan və Məmmədyarovun Krakovda ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisini genişləndirmək haqda anlaşması fonunda yanvarın 19-da Azərbaycan Rusiyadan yeni partiya silahlar alıb. Ölkənin prezidenti İlham Əliyevin bu ərəfədə Davosdan verdiyi bəyanat isə faktiki Bakının yeni ”aqressiv siyasəti" barədə (dırnaqlar bizimdir - A.X.) siqnaldır".

“Yeni Müsavat”ın məlumatına görə, bu sitat 1 in.am saytının aparıcı siyasi şərhçisi Sərkis Arsruninin yazısındandır. O, təəssüflə qeyd edir ki, yeni Rusiya hərbi texnikasının Azərbaycana verilməsi nə İrəvanda, nə də Xankəndində adekvat reaksiya doğurmayıb.

“Öz növbəsində Ermənistan hər şeyi edir ki, hərbi balansı saxlasın. Qəribədir ki, dünən (srağagün - red.) məsələ barədə danışan xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərlə söhbətində sətiraltı hətta Rusiyanı müdafiə etdi. Bildirdi ki, Ermənistan Rusiyadan daha ucuz qiymətə silahlar alır. Halbuki İrəvanda ən yüksək səviyyədə Moskvaya onun müttəfiqlik öhdəlikləri və vasitəçilik missiyası haqda xatırlatmalar edilməli, Azərbaycana silah tədarükünü dayandırmaq tələb olunmalı idi” - erməni siyasi təhlilçi qeyd edib.

O da belə hesab edir ki, yaranmış vəziyyətdə Ermənistan Moskvanın acığına paralel şəkildə və ya alternativ olaraq, Avropa Birliyi, NATO (?!-red.), Çin, İranla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməlidir: “Fəqət, bizim diplomatiya əvvəli tək dişsiz olub...”

*****

Bu qəbildən yazı-şərhlərə nə əlavə etmək qalır? Əlbəttə ki, yalnız bunu: ayaq altında olan qarışqanın filə hədə-qorxu gəlməsi, onu şantaj eləməsi. Eyni zamanda klassik sual yada düşür: nə ilə, hansı iqtisadi-maliyyə və insan resursları ilə Ermənistan Rusiyaya etiraz edir? Erməni KİB-lərində gedən bu kimi şərh və çağırışlar oturduğun budağı kəsmək cəhdindən savayı bir şey deyil...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

    Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı ...

    26-01-2018, 11:30

  • 
  • Bakının müharibə hazırlıqları – Düşmən təlaşını artıran 5 SƏBƏB

    Bakının müharibə hazırlıqları – Düşmən təlaşını ...

    25-06-2017, 19:52

  • 
  • Ermənistan üçün “qiy(a)mət günü” - kritik ana bir gün qaldı...

    Ermənistan üçün “qiy(a)mət günü” - kritik ana bir ...

    18-01-2018, 10:56

  • 
  • “Ermənistan diplomatiyasına yəhudi şilləsi” – Erməni siyasi şərhçidən ACI ETİRAF

    “Ermənistan diplomatiyasına yəhudi şilləsi” – ...

    27-06-2017, 17:48

  • 
  • İrəvana qarşı yeni “tələ” - Kreml işğalçının cilovunu çəkir

    İrəvana qarşı yeni “tələ” - Kreml işğalçının ...

    20-07-2017, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu