Milli Şuranın İcra Aparatının rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov bir neçə günlik Moskva səfərindən sonra yenidən Bakıya qayıdıb. Milli Şuranın gələcək taleyi, vahid namizəd məsələsi və qarşıdakı duran vəzifələri Rüstəm İbrahimbəyovla geniş müzakirə edən Eldar Namazov Rusiyadan yeni mesajlara dönüb.
Milli Şuranın üzvü Zəfər Quliyevin Modern.az-a verdiyi məlumata görə, E.Namazov ötən gün axşam saatlarında Azərbaycana qayıdıb.
“Eldar Namazov Bakıya qayıdıb. Biz onunla dünən telefonla danışmışıq, hələ görüşməmişik. Bu gün görüşüb səfərlə bağlı danışacağıq. Ümumilikdə onun Moskva səfəri uğurlu alınıb”-deyə Z.Quliyev bildirib.
R.İbrahimbəyovla görüşdə Milli Şuranın vahid namizəd məsələsi də müzakirə olunub.
Milli Şura üzvü qeyd edib ki, ola bilsin ki, Eldar Namazov səfərlə bağlı mətbuata açıqlama versin.
Qeyd edək ki, E.Namazovun Moskva səfəri ilə bağlı Milli Şuranln bu günə planlaşdırılan sessiyası təxirə salınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?