GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentdən korrupsioner və rüşvətxorlara daha bir xəbərdarlıq

Prezidentdən korrupsioner və rüşvətxorlara daha bir xəbərdarlıq

Tarix: 30-01-2018, 10:30 Bölmə :Siyasət Baxış: 559
Prezidentdən korrupsioner və rüşvətxorlara daha bir xəbərdarlıq


İlham Əliyev “2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda mühüm bəyanatlar verdi

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezidenti İlham Əliyev konfransda iştirak edib.

“Bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir”. Bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib: “”İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ və müdafiə edirik"


Prezident həmçinin deyib: “”Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır".

Prezident qeyd edib ki, keçən il valyuta ehtiyatlarımızın artırılması istiqamətində çox ciddi addımlar atılıb: “Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq”.

“Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib”- deyə, dövlət başçısı bildirib: “Bu proqramların həyata keçirilməsi regionların inkişafında dönüş yaradıb. 2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitlik təmin edilib, bunun da mənbəyində xalqın iradəsi, xalq-iqtidar birliyi durur. Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir".



“Son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb” - deyə dövlət başçısı qeyd edib.

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan prezident İlham Əliyev qeyd edib ki, əsas məqsəd dövlətin qüdrətinin artırılması və müstəqilliyin möhkəmləndirilməsidir.

Dövlət başçısı bildirib ki, son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib: “Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300 km yol çəkilib. Bu il bu rəqəm 15 min km-ə çatdırılacaq. Bundan əlavə, ölkədə 7 aeroport, Ələt Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu inşa olunub”.

Prezident qeyd edib ki, son 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb: “Bütün bunlar ölkəmizə siyasi, iqtisadi müstəqillik verib. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmaye qoyulub”.

“Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əsas məqsəd dövlətin qüdrətini artırmaq və müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir” - deyə o əlavə edib: “Son 14 ildə ölkəmizdə demoqrafik proseslər sürətlə gedib. Ötən 14 ildə əhalimiz 1,5 milyon nəfər artıb. Bu dövrdə maaş və pensiyalar dəfələrlə artırılıb, önəmli sosial layihələr icra olunub. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb. “ASAN Xidmət” mərkəzlərinin yaradılması ictimai xidmətlər sırasında bir inqilaba çevrilib".

Prezident İlham Əliyev bildirib ki, kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin uzunmüddətli və uğurlu inkişafını şərtləndirir: “Bakı-Tiflis-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihədir. Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri böyük əhəmiyyət kəsb edir. Bütün bu layihələr ölkəmizin uzunmüddətli inkişafına şərait yaradıb. Qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətləri ilə təminat sahəsində işlərin davam etdirilməsi vacibdir. Bu il yeni torpaq sahələri suvarılacaq, avtomobil yolları çəkiləcək. 6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman kompleksi tikiləcək. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olacaq. Yeni iş yerlərinin açılmasının daimi proses olması vacibdir. Özünüməşğulluq, həmçinin ailə biznesinə ”Asan dəstək", “Abad proqramı” əhəmiyyətlidir. Bakı-Tiflis-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, həm də ölkədə dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı işlər görülür".

Prezident bildirib ki, bu il 3 “ASAN Xidmət” mərkəzi, xalça fabrikləri açılacaq, yeni sənaye müəssisələri fəaliyyətə başlayacaq: “Turizmin, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac məhsulları üçün yeni bazarların tapılması və ixracdan asılılığın azaldılması istiqamətində tədbirlər görülməlidir. Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti sabitdir. Ölkədə gedən islahatlar uğurlu nəticələr verir. Ölkədə yürüdülən siyasət xalqın maraqlarına xidmət edir, dövlətimizi daha da gücləndirir”./APA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22

  • 
  • Prezident regionların inkişafının növbəti mərhələsinə yekun vurur - YENİLƏNİB

    Prezident regionların inkişafının növbəti ...

    29-01-2018, 11:00

  • 
  • Prezident İlham Əliyev: "Bu il bütün sosial proqramlar tam icra ediləcək"

    Prezident İlham Əliyev: "Bu il bütün sosial ...

    26-01-2016, 13:50

  • 
  • İlham Əliyev: "Sahibkarlara daha da yaxşı şərait yaratmaq lazımdır"

    İlham Əliyev: "Sahibkarlara daha da yaxşı ...

    26-01-2016, 13:48

  • 
  • İlham Əliyev “Naz-lifan” tövsiyyə etdi, Nazim İbrahimov 200 minlik “Mercedes” aldı - FOTOLAR

    İlham Əliyev “Naz-lifan” tövsiyyə etdi, Nazim ...

    12-10-2016, 11:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu