GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml Qafqazı yenidən qarışdırır - separtizmə dəstək

Kreml Qafqazı yenidən qarışdırır - separtizmə dəstək

Tarix: 2-02-2018, 11:13 Bölmə :Siyasət Baxış: 305
Kreml Qafqazı yenidən qarışdırır - separtizmə dəstək


Rusiya Gürcüstan ərazilərinin işğalını rəsmiləşdirmək yönündə daha bir addım atdı - Bakıya da ismarış? Tiflisin reaksiyası gecikmədi: “Bu, fitnəkar hərəkətlər...”

Qərb qonşumuz və strateji tərəfdaşımız Gürcüstanın Rusiya qazından birdəfəlik imtina etməsi barədə xəbər vermişdik. “Yeni Müsavat” xatırladır ki, gürcü iqtisadiyyat nazirinin müavini iki gün öncə yanacağın bu növünə ölkəsinin tələbatını bütünlüklə Azərbaycanın ödəyəcəyini söyləyib.

Sözsüz ki, Tiflisin belə bir qərar verməsində siyasi motiv da var. Çünki iqtisadi, energetik asılılıq (bağlılıq) siyasi asılılıq (bağlılıq) yaradır. Avropanın illərdir Azərbaycan və digər ölkələr hesabına Rusiyanın qaz monopoliyasından qurtulmağa, heç olmasa, bu asılılığı azaltmağa çalışması heç də boşuna deyil.

Moskva və Tiflis arasında isə üstəlik, başqa - qat-qat qəliz, bəlkə də əbədi çəkəcək problem var: Rusiya Gürcüstanın qanuni əraziləri olan Abxaziya və Cənubi Osetiyanı 2008-ci ilin avqustunda rəsmən işğal edib - bu qondarma qurumların müstəqilliyini tanımaq adı ilə. Həmin ildən də iki ölkə arasında diplomatik, iqtisadi münasibətlər kəsilib. O vaxtdan tərəflər arasında təmas yalnız Gürcüstan tərəfdən baş nazirin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında ikitərəfli formatla ara-sıra özünü büruzə verir.

*****

Yeri gəlmişkən, işğalçı Ermənistana işğal altındakı Abxaziyadan quru dəhlizin (köhnə dəmir yolunun) açılması məsələsi də bu formatda müzakirə edilir(di). Bu dəmir yolunun işə düşməsi ilə Ermənistan öz əsas hərbi müttəfiqi Rusiya ilə quru əlaqəsi əldə eləmiş olacaq və xüsusən də Qarabağda hərbi əməliyyatların qızışacağı təqdirdə mühüm önəm daşıyacaq.

O üzdən təbii ki, məsələ həm İrəvan, həm də Bakının dıqqətindədir. Lakin yaxşı ki, dəhlizin açılması üçün Moskva imzalanacaq anlaşmaya Abxaziya və Cənubi Osetiyadakı “hökumətlərin” də imza atmasını istəyir. Tiflis isə buna qarşıdır. Çünki o halda bu, separatçı rejimlərin “müstəqilliyini” tanımaq anlamına gələcək. Nəticə etibarilə danışıqlar yekunlaşa bilmir. Əlbəttə ki, rəsmi Tiflis Azərbaycan və Türkiyə faktorlarını da yəqin ki, ciddiyə alır.

*****

Maraqlıdır ki, Tiflis Rusiya qazından tam imtina edəndən cəmi bir gün sonra - yanvarın 31-də Rusiya parlamenti Gürcüstanın qanuni ərazilərinin işğalını rəsmiləşdirmək yönündə növbəti təxribatçı addım atıb: Federasiya Şurası “Cənubi Osetiya hərbi birləşmələrinin Rusiya ordusu tərkibinə daxil olması qaydaları haqda” ikitərəfli sazişi ratifikasiya edib. Bu da gözlənildiyi kimi, Gürcüstanın hiddətinə səbəb olub.

Belə ki, “Yeni Müsavat”ın apsny.ge gürcü qaynağına istinadən verdiyi məlumata görə, Abaşidze həm bu, həm də bütövlükdə ərazilərin işğalı ilə digər məsələlər barədə dünən Cenevrədə Karasinlə keçirdiyi görüşü zamanı ona suallar ünvanlayıb, lakin cavablar ala bilməyib.

“Bildiyiniz kimi, bizim format işğal altındakı ərazilərlə bağlı məsələləri özündə ehtiva eləmir. Ancaq buna baxmayaraq, görüşün əvvəlində mən diqqəti son vaxtlar Abxaziya və Cənubi Osetiyada gedən fitnəkar proseslərə yönəltdim. O cümlədən Tsinxval regionundakı qanunsuz silahlı birləşmələrin Rusiya ordusu tərkibinə daxil edilməsi barədə anlaşmanın Rusiya Duması tərəfindən ratifikasiya edilməsinə yönəltdim. Həmçinin diqqəti Axalqoridə qanunsuz gömrük məntəqəsinin açılmasına çəkdim”, - deyə gürcü diplomat qeyd edib.

*****

Qeyd edək ki, Rusiyanın Cənubi Osetiyadakı separatçı və qanunsuz hərbi birləşmələrlə bağlı son qərarı bir daha Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi”nin formal olduğunu, Moskvanın Gürcüstan ərazisinin işğalını davam etdirəcəyinin nümayiş etdirməklə yanaşı, Rusiya ilə Gürcüstan arasında minimal təmas imkanlarına zərbədir. Eyni zamanda bu, Azərbaycana da özünəməxsus bir siqnaldır: o mənada ki, nə qədər ki, Vladimir Putin hakimiyyətdədir, Rusiya nə bölgədən, nə də işğal elədiyi ərazilərdən hərbi mövcudluğunu əskik etməyəcək, əksinə, daha da gücləndirəcək.

Tiflis-Moskva münasibətlərində artan gərginlik isə əslində Azərbaycanın xeyrinə, Ermənistanın ziyanınadır. Çünki bu halda Ermənistana işğal altındakı ərazilərdən Rusiyaya dəhliz açmaq və blokada rejimini yumşaltmaq ümidləri daha da zəifləmiş olur. Yada salaq ki, sözügedən dəhlizin bərpası üçün ötən ilin oktyabrında Ermənistanın baş naziri Karen Karapetyan, dekabrda isə prezident Serj Sərkisyan Tiflisə çoxgünlük səfərlər eləmiş, lakin nəticə əldə edə bilməmişdilər.

Ermənistan nəticəyə nail olmaq üçün hətta Gürcüstanı özünə xas, ənənəvi üsullarla təhdid eləməkdən belə çəkinmir. Ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində gürcü dövləti əleyhinə son vaxtlar artan təxribatçı hərəkətlər, burada hətta terrorçu ASALA-nın yerli özəyinin yaradılması haqda gələn xəbərlər, habelə gürcü kilsəsini erməniləşdirmək yönündə cəhdlər və bu qəbildən digər hərəkətlər qənaətimizə şübhə yeri qoymur.

Yaranmış vəziyyət sövq-təbii Tiflisə bir daha dost-düşmənin ünvanını göstərir, onun Azərbaycan və Türkiyəyə ehtiyacını artırır. Hər necə olmasa, söhbət ən əvvəl Gürcüstanın milli təhlükəsizliyindən gedir.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərkisyana iki “nəfəskəsici” xəbər - biri okeanın o tayından, o biri...

    Sərkisyana iki “nəfəskəsici” xəbər - biri okeanın ...

    31-01-2018, 11:45

  • 
  • Rusiya Gürcüstana qoşun yeritdi (FOTO)

    Rusiya Gürcüstana qoşun yeritdi (FOTO) ...

    27-08-2015, 23:06

  • 
  • Rusiya bizi işğal edir – Gürcüstandan çağırış

    Rusiya bizi işğal edir – Gürcüstandan çağırış ...

    22-07-2017, 15:09

  • 
  • Kremlin qorxulu “üçüncü Qarabağ” ssenarisi

    Kremlin qorxulu “üçüncü Qarabağ” ssenarisi ...

    22-07-2017, 10:13

  • 
  • Nazarbayevdən Putinə inanılmaz zərbə

    Nazarbayevdən Putinə inanılmaz zərbə ...

    5-09-2014, 23:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (428)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu