30 il əvvəl, yəni 1988-ci ilin 20 fevral tarixində Dağlıq Qarabağ münaqişəsinin bünövrəsi qoyulub.
1988 - ci ilin bu günü Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ münaqişəsinin rəsmi tarixinin başlanğıcı hesab olunur. Bu münaqişə sonrakı illərdə müharibəyə çevrilərək Azərbaycan torpaqlarının 20%-nin işğalına, erməni silahlılarının Azərbycanın mülki əhalisinə qarşı törətdiyi soyqırımı və qətliamlara gətirib çıxardı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?