"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır".
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq: "Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır. Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Biz istəyirik ki, danışıqlar sadəcə danışıqlar xatirinə aparılmasın".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?