GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakının kritik əks-hücum hazırlığı – “B planı” işə düşür

Bakının kritik əks-hücum hazırlığı – “B planı” işə düşür

Tarix: 12-03-2018, 12:50 Bölmə :Siyasət Baxış: 356
Bakının kritik əks-hücum hazırlığı – “B planı” işə düşür

“Azərbaycan daha danışıqlardan nəticə gözləmir...”; Azərbaycan Ordusu bu gün genişmiqyaslı təlimlərə başlayır - əsas hədəf bəllidir; türkiyəli analitik: “Kreml seçimini eləməlidir”; rusiyalı politoloq: “ABŞ-ın Qarabağla bağlı özəl planı var...”

Bu gün - martın 12-də müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında müxtəlif qoşun növləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır. 5 günlük təlimlərə 25 min nəfərlik şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək. Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə silahlanmaya yeni qəbul edilmiş müasir silah sistemləri və vasitələrinin sınağı da həyata keçiriləcək.

*****

“Genişmiqyaslı əks-hücum əməliyyatları”. Qeyd edək ki, hərbi təlimlərlə bağlı bu kimi ifadələr ilk dəfədir işlədilir və açıq-aşkar işğalçı ölkəyə mesajdır. “Yeni Müsavat”ın məlumatına görə, bununla bağlı erməni nəşri Lragir.am saytında getmiş məqalə diqqət çəkir.

Nəşr yazıb: “Azərbaycan əvvəllər də hərbi təlimlər keçirib. Lakin indiyədək gətirilən əsaslandırmalar, ifadələr standart xarakter daşıyıb. Deyək ki, keçən ilin noyabrında hərbi təlimlər ”hücum əməliyyatları zamanı birləşmələrin hərtərəfli təchizatı və idarə olunmasında qarşılıqlı uzlaşmanı yoxlamaq" üçün keçirilmişdi. 2017-ci ilin aprelində isə “döyüş şəraitinə yaxın şəraitdə ordunun hazırlığını, qüvvələrin və vasitələrin idarə edilməsinin təşkilinin və qarşıla əlaqələrinin yoxlanılması” məqsədi ilə keçirilmişdi. Görəsən, Azərbaycan indi hansı əks-hücuma hazırlaşır? Azərbaycanın əks-hücum təlimləri o anlama gəlirmi ki, Bakı daha danışıqlardan özü üçün müsbət heç nə gözləmir və “B planı”na hazırlaşır?"

*****

Beləcə, düşmən tərəfdə Azərbaycanın bu gün başlayacaq təlimlərindən dolayı məxsusi bir təlaş var. Bu da əsassız deyil. Birinci ona görə ki, 2016-cı ildəki 4 günlük aprel müharibəsinin ikinci ildönümünə sayılı günlər qalır. 2-5 aprel tarixi isə Ermənistan üçün artıq qara bir təqvimdir. Həmin vaxt blits-hərbi uğura imza atan Azərbaycan Ordusu atəşkəs dövründə işğalçı ordunun özü haqda “məğlubedilməzlik mifi”ni darmadağın edərək, düşmənə ağrılı bir qulaqburması verib, onu ciddi canlı və maddi itkiyə məruz qoyub, öz hərbi üstünlüyünü əyani şəkildə nümayiş etdirib.

Erməni tərəfdəki təlaşın ikinci səbəbi odur ki, 2016-cı ilin aprel müharibəsindən öncə də Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Ümumiyyətlə, bir çox erməni və rusiyalı hərbi ekspertlər əmindirlər ki, belə genişmiqyaslı təlimlər adı altında Azərbaycan həm də münaqişə zonasına böyük miqdarda hərbi qüvvə yerləşdirmək niyyəti güdür. Yəni hərbi təlimin davamının real hərbi əməliyyatlar olması istisna olunmur. Qısası, əsas hədəf - müharibə hazırlıqlarıdır.

Azərbaycanın buna haqqı var. 24 ildir davam edən işğal, nəticə verməyən sülh danışıqları, BMT TŞ-nin Qarabağa dair 4 məlum qətnaməsinin kağız üzərində qalması, digər mötəbər beynəlxalq və regional təşkilatların işğalla bağlı qəbul elədiyi və Azərbaycanı dəstəkləyən sənədləri bizə istənilən an, istənilən üsulla ərazilərimizi işğalçı-terrorçu ünsürlərdən təmizləmək hüququ verir. Bu, antiterror əməliyyatı da ola bilər.

Bu xüsusda bəzi siyasi müşahidəçilərə görə, səmərəsiz sülh danışıqlarından bezən Bakının mümkündür ki, Dağlıq Qarabağla bağlı həqiqətən “B planı” var və o, hər an icraya yönələ bilər. Yəni düşmənin əndişəsi boşuna deyil. Söhbət təbii ki, hərbi gücdən istifadədən gedir.

*****

Xatırladaq ki, 2018-ci il girər-girməz, bir sıra ünlü yerli və əcnəbi siyasi, hərbi ekspertlər, bu il genişmiqyaslı hərbi toqquşmanın real olduğu haqda xəbərdarlıq ediblər. “Rus NATO-su” kimi tanınan KTMT Birləşmiş Qərargahının rəisi, general Anatoli Sidorov isə ötən həftəsonu bəyan elədi ki, müharibə Azərbaycan sərhədlərində olarsa, Rusiya ona qarışmayacaq.

“Yeni Müsavat”ın məlumatına görə, rus generalın bəyanatını Vesti.az nəşrinə şərh edən türkiyəli analitik, “Ankara-Moskva” Analitik Mərkəzinin aparıcı eksperti Engin Özer deyib ki, beynəlxalq birlik Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə eləmək hüququnu tanıyır və yaxın zamanda Bakı, şübhəsiz ki, bu yöndə addımlar atacaq.

“Bu zaman Kreml Ermənistanla Azərbaycan və Türkiyə arasında seçim eləməlidir. Moskva buna getməli olacaq, o, öz mövqeyini dəqiqləşdirməlidir. Moskvanın Qarabağ məsələsinə yanaşması isə Qafqazdakı bütün ”dondurulmuş" münaqişələrin həlli yolunu açacaq. Kremlin Azərbaycanla Ermənistan arasında müharibəyə reaksiyası düşünülmüş və ölçülü-biçili geostrateji addım olacaq. Və bundan sonra gündəliyə Ermənistandakı Rusiya bazalarının personalının təhlükəsizliyi gələcək. Bu, mürəkkəb iş olacaq. Ancaq nə olur-olsun, Moskvanın müharibə zamanı sürəkli şəkildə və qeyd-şərtsiz Ermənistanı dəstəkləyəcəyini gözləmək lazım deyil. Nədən ki, Moskvanın son zamanlar üstəlik, Gürcüstan kimi Qərbə inteqrasiya kursu götürmüş Ermənistanla indiki əlaqələri davam etdirmək niyyətinin olmadığını düşünmək üçün böyük optimist olmağa lüzum yoxdur".

*****

Onu da qeyd edək ki, son olaraq ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts Qarabağda müharibə xəbərdarlığı ilə çıxış edib. Yeri gəlmişkən, bəzi iddialara görə, ABŞ-ın Dağlıq Qarabağ ixtilafı ilə bağlı öz həll planı var. Məsələn, rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk bu qənaətdədir (Axar.az).

“Jamanak” erməni qəzetinə müsahibəsində ekspert deyib: “Lakin ABŞ hələlik əlindəki kartların heç birini açmaq istəmir. Amerikanın ATƏT-in Minsk Qrupundakı həmsədri Endryu Şefer də ümumilikdə haqlıdır. Dağlıq Qarabağ ixtilafının hərbi həlli yoxdur. Belə ki, müharibə təkcə Qarabağı yox, bütün regionu məhv edəcək. Lakin digər tərəfdən status-kvonun saxlanılmasına da ümid yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunda getdikcə aktivləşir. Bu öz-özlüyündə belə simvolik faktdır. Başqa yandan, Şefer Azərbaycan mətbuatına müsahibəsində çətin qərarların qəbulundan danışır, amma bunun nə olduğunu demir. Bu, kifayət qədər maraqlı məqamdır. Güman ki, ABŞ tərəflərdən hansısa birinə qeyri-rəsmi formada təklif irəli sürür. Aydındır ki, Vaşinqton dondurulmuş prosesi yerindən tərpətmək istəyir”.

Politoloqun sözlərinə görə, hazırda danışıqlar masasında 2016-cı ilin aprelinə qədər olan sənədlər müzakirə edilir: “Bunu tərəflər də inkar etmir. Bu, Madrid prinsipləridir. Lakin son iki il ərzində tərəflər yeni qərarlara can atırlar. Bu, 2016-cı ildə Vyana və Sankt-Peterburqda, 2017-ci ilin oktyabrında Cenevrədə qəbul edilmiş qərarlardır. İndiki status-kvo ABŞ-dan başqa bütün Minsk Qrupu ölkələrinə sərfəlidir”.

*****

Əlavə edək ki, qarşıdan hərbi əməliyyatlar üçün əlverişli sayılan yaz-yay mövsümü gəlir. Ona kimi isə Rusiya (18 mart), Azərbaycan (11 aprel) və Ermənistan (9 aprel) seçki zolağından tamamilə çıxacaq, sülhün və yaxud müharibənin önündə seçki əngəli (bəhanəsi) götürüləcək. Hərb, yoxsa sülh seçimi isə ən əvvəl İrəvanın üzərindədir. Zaman onun xeyrinə işləmir... |musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır

    Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır ...

    16-09-2017, 12:33

  • 
  • Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır

    Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır ...

    16-04-2017, 10:48

  • 
  • Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır

    Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır ...

    16-06-2017, 11:38

  • 
  • Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başladı

    Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə ...

    16-04-2014, 11:10

  • 
  • Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi

    Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi ...

    6-09-2015, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (491)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu