GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Seçkinin ən çətin mərhələsi bitdi

Seçkinin ən çətin mərhələsi bitdi

Tarix: 13-03-2018, 11:00 Bölmə :Siyasət Baxış: 361
Seçkinin ən çətin mərhələsi bitdi


Azay Quliyev: “Azərbaycanda seçki mühiti kifayət qədər münbitdir və bütün namizədlər üçün bərabər şərait yaradılır”

Prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin və seçici imzalarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt martın 12-də saat 18.00-da başa çatıb. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, MSK prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi və onlara imza vərəqələri vermişdi.

MSK fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Musavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb. MSK-nın martın 10-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, ötən dövr ərzində prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş 7 nəfərin doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədləri MSK-ya təqdim edilib və onların hamısının prezidentliyə namizədliyi qeydə alınıb.

Digər 8 nəfərdən ALDP-nin namizədi Fuad Əliyev 40 mindən artıq imza toplasa da ADP-nin namizədi Sərdar Cəlaloğlunun xeyrinə namizədlikdən imtina edib. Sərdar Cəlaloğlu martın 11-də, VİP-in namizədi Əli Əliyev və müstəqil namizəd, AĞ Partiyanın sədri Tural Abbaslı isə imzaları, həmçinin digər sənədləri MSK-ya martın 12-də təqdim ediblər.

Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli 858 imza vərəqəsində 42.900 imzanı MSK-ya təqdim etdiyini bildirib: “Allahın izni ilə seçki prosesinin ən çətin mərhələsini AĞ Partiya ailəsi olaraq, uğurla keçdik. Üzvlərimizə, tərəfdarlarımıza, təəssübkeşlərimizə, dostlarımıza, bu prosesdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Namizədliyi özü tərəfindən irəli sürlən hüquqşünas Anar Umudov isə sənədlərini MSK-ya təqdim edə bilməyib. A.Umudov modern.az-a bu barədə deyib ki, səbəb lazım olan sayda imzaları çatdırıb toplaya bilməmələridir: “Topladığımız imzaları hesabladıq. Lakin tələb olunan imzaların sayını toplaya bilməmişik. Haradasa imzaların yarısının toplanmasına nail olmuşuq. Biz 60 dairəni əhatə etməliydik, amma təqribən 45-ə yaxın dairələri əhatə edə bildik. Təəssüf ki, tələb olunan imzaları toplaya bilmədik”.

A.Umudov həmçinin deyib ki, növbədənkənar prezident seçkilərində heç kimi dəstəkləmək fikri yoxdur.

Namizədliyi Azərbaycan Sosialist Partiyası tərəfindən irəli sürülən Elşən Həsənov, müstəqil namizədlər Asif Məmmədov və Ramazan Bəkirov da eyni problemlə üzləşiblər.

MSK sədri Məzahir Pənahov isə martın 12-də Zahid Oruca və Araz Əlizadəyə prezidentliyə namizədlik vəsiqələrini təqdim edib. MSK-da keçirilən təqdimatda Məzahir Pənahov Zahid Orucu və Araz Əlizadəni təbrik eləyib. MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib.

Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.

Seçkinin müşahidəçiliyinə gəlincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri izləyəcək uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən işə başlayacaq. Bu barədə qurumun yaydığı press-relizdə bildirilib. Koryan Yonkerin rəhbərlik etdiyi uzunmüddətli missiyaya Bakıda 10 daimi və ölkə boyunca 20 ekspert daxildir. Ekspertlər və uzunmüddətli ekspertlər 19 ölkənin təmsilçisi olacaq. Müşahidəçilər seçkilərə hazırlığın milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq.

Seçkilərdən bir neçə gün öncə isə 280-nə yaxın qısamüddətli seçki müşahidəçisi Azərbaycana gələcək. Onlar seçki günü prosesləri nəzərdən keçirəcək, bülletenlərin, səslərin hesablanmasını müşahidə edəcək, həmçinin seçkidən sonrakı dövrü müşahidə edəcəklər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı martın 29-da dərc olunacaq. Bu barədə Sechki-2018. az saytına ATƏT/DTİHB-nin müşahidə missiyasından bildirilib.

Aprelin 12-də isə ATƏT DTİHB müşahidə missiyası mətbuat konfransında seçkiləri müşahidənin ilkin nəticələrini açıqlayacaq. Sonrakı iki ay ərzində isə yekun hesabat dərc olunacaq.

Dünən məlum olub ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da prezident seçkiləri ilə əlaqədar müşahidə missiyası göndərəcək. Bu barədə yayılan xəbərdə deyilir ki, hazırda müşahidə missiyası formalaşma prosesindədir.

Seçki prosesini həmçinin MDB-nin, GUAM-ın və digər beynəlxalq qurumların müşahidə missiyası da izləyəcək.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev sechki-2018.az saytına müsahibəsində deyib ki, Azərbaycanda seçki mühiti kifayət qədər münbitdir və bütün namizədlər üçün bərabər şərait yaradılır. Bu münbit şərait hər bir seçicinin səsvermə hüququndan bərabər şəkildə istifadəsinə, öz iradəsini sərbəst şəkildə ifadə etməyinə və istədiyi namizədi seçməyinə imkan verəcək: “Hesab edirəm ki, aprelin 11-də konstitusiyaya, seçki qanunvericiliyinə və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, demokratik, şəffaf və ədalətli seçkilər keçiriləcək. Düşünürəm ki, ATƏT və onun institutları geosiyasi maraqları, subyektiv amilləri yox, ölkənin demokratikləşmə və seçki standartlarını təkmilləşdirmə istəyini nəzərə almalı, buna dəstək verməlidir. Ümid edirəm ki, ATƏT Azərbaycandakı seçkilərə obyektiv yanaşacaq. Bu seçkilər Azərbaycanın ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərini daha da sıxlaşdıracaq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentliyə namizədlərin qeydə alınması üçün ayrılmış vaxt başa çatdı

    Prezidentliyə namizədlərin qeydə alınması üçün ...

    14-03-2018, 12:56

  • 
  • Prezidentliyə namizədlərin sənədləri sabahdan MSK-ya təqdim olunacaq

    Prezidentliyə namizədlərin sənədləri sabahdan ...

    19-02-2018, 12:30

  • 
  • Bu gündən prezidentliyə namizədlərin sənədləri MSK-ya təqdim olunacaq

    Bu gündən prezidentliyə namizədlərin sənədləri ...

    20-02-2018, 11:47

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi

    MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin ...

    17-02-2018, 16:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (346)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu