Fevralın 20-dən etibarən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin, o cümlədən imza vərəqələrinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi başlayır.
Bu barədə MSK-dan məlumat verilib. Məlumatda qeyd olunur ki, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub. Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?