Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçirilən birinci dördtərəfli görüşündə Bəyannamə qəbul edilib.
Amerikanın Səsinin müxbirinin məlumatına görə görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib. Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilir. İlk dəfə keçirilən görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?