GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanda panika: “Sizi itkilər gözləyir...”

Ermənistanda panika: “Sizi itkilər gözləyir...”

Tarix: 17-03-2018, 11:28 Bölmə :Siyasət Baxış: 394
Ermənistanda panika: “Sizi itkilər gözləyir...”


ABŞ-dakı qəfil dövlət katibi dəyişikliyi İrəvanı qorxudub; işğalçı ölkəyə qarşı növbəti ittiham; tanınmış amerikalı analitik: “Ermənistan Moskvanın satelliti və İranla Rusiyanın ən yaxın müttəfiqidir, ona görə də...”

Başa satmaqda olan həftənin mühüm hadisələrindən biri də ABŞ dövlət katibi Reks Tillersonun vaxtından əvvəl öz vəzifəsindən uzaqlaşdırılması oldu. Xəbər verildiyi kimi, prezident Donald Tramp onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeounun namizədliyini irəli sürüb. Senat bu təyinatı təsdiqlədikdən sonra yeni dövlət katibi fəaliyyətə başlayacaq. Pompeo isə İrana münasibətdə daha sərt mövqeyi ilə tanınır.

Tillersonun istefasının başlıca səbəbi məhz İranla bağlı fikir ayrılığı göstərilir. Maraqlıdır ki, gözlənilən təyinat ən çox işğalçı Ermənistanda narahatlıq doğurub. Motiv isə Amerikanın yeni dövlət katibinin təcavüzkar ölkə üçün “nəfəslik” rolu oynayan İranla bağlı yürüdəcəyi daha sərt siyasi kursla bağlıdır.

“Pompeonun təsdiqlənəcəyi təqdirdə mən İrana münasibətdə sərt siyasətin aparılacağını gözləyirəm. Bilmirəm, bu, Ermənistana təsir edəcək, ya yox, amma o da mümkündür. Qalır səbir eləmək və gözləmək: Ağ Ev Qafqaz istiqamətində ciddi səylərə baş vuracaqmı - hansı səylər ki, əvvəllər olmayıb. Ermənistan itkilərlə üzləşə bilər, nədən ki, həm İran, həm də Rusiya ilə olduqca sıx münasibətlərə malikdir və o, həqiqətən Moskvanın satellitidir”.

Bu sözləri 1 in.am erməni nəşrinə açıqlamasında tanınmış amerikalı analitik, ABŞ-ın “beyin mərkəzləri”ndən sayılan Amerika Xarici Siyasət Şurasının böyük elmi əməkdaşı Stiven Blank yeni dövlət katibi təyinatının İran-Ermənistan əlaqələrinə mümkün təsirindən danışarkən deyib.

*****

Xatırladaq ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Dan Barton “The Daily Caller” nəşrində dərc edilmiş məqaləsində işğalçı ölkəni Amerika maraqları əleyhinə İranla əməkdaşlıqda ittiham eləmişdi.

Sitat: “Ermənistanın İran və böyük ölçüdə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərq regionundakı maraqlarını təhdid edir. Belə ki, Ermənistanın sayəsində Rusiya və İran ABŞ-ın sanksiyalardan yayınmaq imkanları qazanıb. Rusiya və İran İrəvanın iki əsas müttəfiqləridir. İran Ermənistanla dəmir yol əlaqəsi yaratmağa çalışır, Ermənistan regionda İran qazının ən iri istifadəçisidir. 2014-cü ilin mayında İranla Ermənistan arasında gündəlik aviareyslər artırılıb”.

Barton Amerika maraqlarına daha bir təhlükə kimi İranın Ermənistan və hətta işğal altındakı Dağlıq Qarabağdakı banklar üzərindən çirkli pulları yumaq üçün istifadə edə biləcəyini göstərib. “Situasiya indi daha təhlükəlidir. Ermənistan Qərbi əmin edib ki, onun bank sektoru ciddi nəzarət altındadır və İran erməni bankları üzərindən pulların yuyulmasını həyata keçirə bilməz. Lakin ABŞ rəsmi şəxslərinin sözlərinə görə, İranın Ermənistan tərəfdən işğal edilmiş Dağlıq Qarabağdakı erməni banklarına sərbəst çıxışı var, oradan İran vəsaitləri özünün nüvə və raket proqramlarının genişləndirilməsi, habelə Yaxın Şərqdəki terrorçu təşkilatların maliyyələşdirilməsi üçün istifadə edə bilər”, - deyə o, qeyd eləmişdi.

“Yeni Müsavat” xatırladır ki, bundan öncə Amerikanın Ermənistandakı səfiri Riçard Millz işğalçı ölkənin də Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyaların təsiri altına düşə biləcəyi barədə xəbərdarlıq eləmişdi. Bu üzdən Ermənistanda güclənməkdə olan panika əslində anlaşılandır: İrəvanın iki əsas müttəfiqi - Rusiya və İran getdikcə daha sərt şəkildə ABŞ-ın hədəfinə gəlməkdədir.

*****

İranın işğalçı Ermənistanla isti münasibətləri çoxdan məlumdur. Hərçənd, bu da var ki, Tehran xüsusən də son illər bölgədə Azərbaycan, Türkiyə və hətta Gürcüstanla sıx əməkdaşlığa can atır, ortaq iqtisadi, kommunikasiya layihələrinin iştirakçısı kimi çıxış edir. Elə srağagün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

Görüşdə Bakı Bəyannaməsi qəbul edilib, faktiki, 4 ölkə arasında münasibətlərin yeni “Yol xəritəsi” müəyyən edilib. “Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır”. Bunu da Bakıda İran XİN başçısı M. Zərif demişdi...

*****

Göründüyü kimi, “4-lü format”ın tərəfdaşları arasında Qərbə, ABŞ-a, NATO-ya birmənalı kurs götürmüş Gürcüstan da var. Lakin bu, iki və çoxtərəfli əlaqələr legitim olmaqla yanaşı, ilk növbədə qarşılıqlı faydalı əməkdaşlıq niyyəti güdür. Ermənistanın timsalında isə söhbət həm də ABŞ-ın “soyuq müharibə” vəziyyətində olduğu Rusiyanın 1 nömrəli müttəfiqi və forpostundan və İranın onun üzərindən “çirkli pullar” yuya biləcəyi bir müti, asılı ölkədən gedir. Bu üzdən ABŞ-da yeni dövlət katibi təyinatından ən çox Ermənistanın təlaşlanması tamamilə məntiqlidir. Yəni İrəvanın üzləşdiyi seçim Bakı və Tiflislə müqayisədə qat-qat qəliz görünür.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın dövlət katibi istefa verir?

    ABŞ-ın dövlət katibi istefa verir? ...

    25-07-2017, 12:54

  • 
  • Tramp Tillersonu vəzifəsindən kənarlaşdırıb

    Tramp Tillersonu vəzifəsindən kənarlaşdırıb ...

    14-03-2018, 11:53

  • 
  • Ağ Evdə “partlayan” İran “bombası” - əks-sədası Bakıda da eşidiləcək

    Ağ Evdə “partlayan” İran “bombası” - əks-sədası ...

    16-03-2018, 15:27

  • 
  • ABŞ Dövlət Katibi Londondakı yeni səfirliyin açılışında iştirak edəcək

    ABŞ Dövlət Katibi Londondakı yeni səfirliyin ...

    20-01-2018, 12:30

  • 
  • Tillerson Dövlət Departamentinin işçiləri qarşısında vida çıxışını edib

    Tillerson Dövlət Departamentinin işçiləri ...

    14-03-2018, 11:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu