Martın 28-də Türkiyənin Giresun şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Görüşün gündəliyi açıqlanmır.
Ekspertlər hesab edir ki, tərəflər regional təhlükəsizlik, birgə təlimlərin keçirilməsi və Türkiyənin Gürcüstan və Azərbaycanın silahlı qüvvələrinin möhkəmlənməsinə köməyi məsələlərini müzakirə edəcəklər. Məhz bu məsələlər artıq ardıcıl olaraq bir neçə ildir bu cür görüşlərdə əsas müzakirə mövzusu olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?