“Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq”.
Bunu Prezident İlham Əliyev Bərdədəki Mədəniyyət Mərkəzində keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
“Ət istehsalı, təxminən, 100%-ə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı, təqribən, 80-85%-dir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100%-ə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik”, - dövlət başçısı qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?