NATO-nun başçılığı ilə Əfqanıstandakı hərbi qüvvələrin bildirdiyinə görə, Əfqanıstanın hərbi hava qüvvələri Talibanın istinadgahına lazer bombası ilə zərbə endirərək, bazanı dağıdıb.
NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası Əfqanıstanın hərbi hava qüvvələrinin keçən həftənin cümə axşamı günü A-29 tipli qırıcı təyyarə eskadronuna ölkənin qərbində yerləşən Farah vilayətində silahdan istifadə etmək tapşırığı verdiyini bildirib.
“Hava hücumu Əfqanıstan Milli Ordusunun təmizləmə əməliyyatlarının marşrutu ilə edilib və ilk dəfə olaraq Əfqanıstan ordusu tərəfindən lazer bombasından istifadə edilib”, NATO qüvvələrinin bəyanatında bildirilir.
Hava hücumu Əfqanıstan ordusunun əsgərlərinə Taliban tərəfindən oğurlanmış hərbi təchizatı məhv etməsinə kömək edib.
NATO-nun bəyanatında bildirilir ki, əks-terror missiyası “müşavirlərin minimum dəstəyi ilə” və Əfqanıstan Milli Ordusunun lazer bombalarından istifadə üçün aldığı təlimdən üç ay sonra həyata keçirilib.
ABŞ və NATO-nun hərbi müşavirləri Əfqanıstan hökumətinə hərbi hava qüvvələrinin genişləndirilməsi və gücləndirilməsində dəstək göstərir. Hazırda Əfqanıstan hərbi hava qüvvələrinin 8 min nəfərdən ibarətdir üzvü və 129 sayda təyyarəsi var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?