Prezident İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşviliyə başsağlığı verib.
Bağsağlığı məktubunda ölkə başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqundan kədərləndiyini qeyd edib:
“Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?