Almaniya paytaxtı Berlində Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçirilib. Bu etiraz aksiyası Avropada yaşayan azərbaycanlı mühacirlər tərəfindən təşkil olunub.
Nümayişçilər səfirlik önündə toplaşmalarının məqsədinin Azərbaycanda prezident seçkilərini boykot etmək olduğunu deyib.
“Azərbaycanda keçirilən saxta prezident seçkilərini, bir adamın dördüncü dəfə namizədliyini irəli sürməsini və saxta yolla özünü təyin etməsinə etiraz edirik,” etirazçılardan biri deyib.
Onlar “İlham, dədən getdi, sən də get” və “İlham - despot” kimi şüarlar səsləndirib, plakatlar nümayiş etdirib.
Etirazçılar mühacir həyatı yaşamaq istəmədiklərini və İlham Əliyevin “diktator” rejimindən qaçaraq, xaricə yaxşı həyat yaşamaq məqsədilə mühacirət etdiklərini bildirib.
“Biz öz vətənimizdə yaxşı yaşamaq istəyirik. Bizim buna haqqımız var,” deyə Hollandiyada yaşayan azərbaycanlı fəal Orduxan Teymurxan bildirib.
Səfirliyin önündə başqa bir qrup da nümayiş keçirib. Azərbaycanlı mühacirlərdən ibarət bu qrup da nümayişin məqsədinin onların Azərbaycan xalqı ilə həmrək olduqlarını göstərmək olduğunu deyib. Onlar “Azərbaycan” və “Ya Qarabağ ya Ölüm” şüarları səsləndiriblər.
Ötən bir neçə ayda azərbaycanlı siyasi fəallar "Diktatoru Tanıyın" kampaniyasına start veriblər. Avropanın müxtəlif şəhərlərində İlham Əliyevi diktator kimi təsvir edən şüarlar yayılıb.
Sorğu
Yeni dizaynımız necədir?