Fevralın 6-da Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycandan olan bir qrup siyasi mühacir aksiya keçirib.
Meydan TV-nin məlumatına görə, aksiya "Enerji maraqlarına insan haqlarını qurban verməyin!" şüarı altında keçirilib. Aksiyada “Diktatorlar Avropa üçün təhlükəlidir!", "Siyasi məhbuslara azadlıq!", "Kürü diplomatiyasına yox!", "Prezident seçkilərini boykot!" şüarları səsləndirilib. Aksiyaya Avropanın müxtəlif şəhərlərindən, əsasən də Almaniyadan olan mühacirlər qatılıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?