Aprelin 27-də Azərbaycan Müdafiə Nazirliyi ilə Çin Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, sənədi Çin Dövlət Şurasının üzvü, milli müdafiə naziri Vey Fenxen və bu ölkədə səfərdə olaan Azərbaycanın müdafiə naziri Zakir Həsənov imzalayıb.
Nazirlərin görüşü zamanaı hər iki ölkənin hərbi sahədə əməkdaşlığı istiqamətdə böyük potensialın olduğu bildirilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Xatırladaq ki, müdaiə naziri Z.Həsənov aprelin 26-da Çinə səfərə gedib.
Sorğu
Yeni dizaynımız necədir?