Baş nazirin keçmiş 1-ci müavini dövlət protokoluna salınıb Rusiya paytaxtında tanınmış dağıstanlı yazıçı, publisist və siyasi xadim Rəsul Həmzətovun abidəsinin açılışı olub. Mərasimdə Rusiya prezidenti Vladimir Putin, keçmiş baş nazir Yevgeni Primakov, Moskva meri Sergey Sobyanin, Dağıstanın prezidenti vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov iştirak ediblər. Moskvadakı mənbənin dediyinə görə, maraqlıdır ki, mərasimdə iştirak edənlər arasında RATİ-nin (“Milyarderlər İttifaqı”) sədri Abbas Abbasov da qatılıb. Abbasov mərasimdə sıra etibarı ilə Putin və Abdulatipovdan sonra 3-cü çıxış edib, Həmzətovun poeziyasından, Azərbaycan və Dağıstan xalqları arasında dostluq münasibətlərinin tərənnümündən danışıb. “Abbas müəəlimin açılış törəninə hansı statusla – çünki o, Rusiyada fəaliyyət göstərən 130-dan çox mili diasporadan birinin rəhbəridir-qatıldığı bəlli deyil. Məlum olan budur ki,onu tədbirə Rusiya prezidentini prokol şöbəsi salıb. Çünki mərasimdə Putin şəxsən iştirak etdiyindən bunsuz mümkün deyil”.
Mənbənin dediyinə görə, mərasimə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qatılıb. Polad müəllim mərasimdən sonra təxminən 10 dəqiqə Abbas Abbasovla söhbət edib. Sonra hər ikisi maşılarına əqyləşərək gediblər. Səfirimiz ərazini müşaiyətsiz tərk etsə də, Abbas müəllimi 3 maşın müşaiyət edib.
Onu da bildirək ki, Həmzətovun abidəsiMoskvanın mərkəzində, “Yauzskiy bulvar”da ucaldılıb.
Sorğu
Yeni dizaynımız necədir?