Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov Bakıya gəlib. A. Abbasovun oğlu, deputat Aydın Abbasov verdiyi açıqlamasında atasının dekabrın 25-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyün ü bildirib.Lakin millət vəkili görüş barədə ətraflı məlumat verməyib: “Artıq Abbas müəllim Moskvaya qayıdıb. Görüş çox normal keçib. Əvvəllər də dediyim kimi, biz ailə olaraq həmişə ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin siyasətini dəstəkləmişik. Bundan sonra da belə olacaq”. Qeyd edək ki, A. Abbasov Rusiyada yeni yaradılmış Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvüdür. Bu təşkilatın yaradılması Ümumrusiya Azərbaycan Konqresi tərəfindən narazılıqla qarşılanmışdı. A. Abbasovun prezidentlə görüşündə məhz bu məsələlərin müzakirə olunduğu bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?