İran" adlanan ölkənin səfirlərinin rəsmi törənlərə çağırılmasını dırnaq arası diplomatik bir hərəkət kimi ortaya ata bilərlər. Ancaq belə işlər güneyliləri görməməzlikdən gəlmək deməkdir!"
Güney Azərbaycan Qurtuluş Partiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı müraciət yayımlayıb.
Müraciətdə deyilir:
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi bir gerçəkdir, və Millətimizin onurudur!
Şərqdə ilkin demokratik cümhuriyyəti,1918-ci ildə qadınlara seçib-seçilmə haqqı tanınır! Fransa kimi öndə gedən Avropa ölkəsində qadınlar yalnız 1944-cü ildə səsvermə hüququna nail oldular, Azərbaycansa seçib, seçilmə haqqı tanıyır!
Ancaq hakimiyyət və ona bağlı olan diaspora 100 illiyi şənində olan yubley keçirdilərmı ya yox!?
Azərbaycanın bu gün ki, hakimiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əzizləyirmi, o dönəmdə yazılan tarıxi yetərincə gündəmə gətirirlərmi? Hər kəsə məlumdur ki, Ulu Öndər Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, Güney Azərbaycanda Milli hərəkatımız hızlanmaya başladı. Elçibəy və arxadaşları 1918-ci ildə qaldırılan bayrağı bir daha qaldırdı və Məmməd Əmin Rəsulzadənin yolunu davam etdirmək istədi. Ancaq Elçibəy və hakimiyyəti demokrat olmanın da qurbanı oldu.
Elçibəydən sonra demokratiyanın axsaması, Güneydə gedən Milli hərəkatı da axsatdı! Qısa haşiyədən sonra 100 illik yubley və Azərbaycan hakimiyyəti habelə yurtdışında parçalanmış diaspora haqqında fikirlərimiz paylaşmaq daha yararlı olduğu qənaətindəyik.
Təəssüflər ki, hakimiyyətin heç bir zaman stabil bir siyasəti olmamış, bu günə qədər yurtdışında keçirilən rəsmi törənlərində 35 milyon Güney azərbaycanlın qınını şişiyə tutan "İran" adlanan ölkənin səfirlərin törənlərə dəvət edir. əlbəttə İran adlanan ölkənin iyrənc siyasəti Quzey Azərbaycan üçün də qaçırılmazdı...
"İran" adlanan ölkənin səfirlərinin rəsmi törənlərə çağırılması dırnaq arası diplomatik bir hərəkət kimi, ortaya ata bilərlər, ancaq belə işlər güneyliləri görməməzlikdən gəlməkdir! Bu günə qədər Güney Azərbaycana qarşı açıq və pərdə arxasında görülən işlər yetməmişdi, 100 illik yubileyin də Azərbaycan Millətini 1925-ci illərində bəri qətl edən Azərbaycan-Türk dövlətlindən qalan tarixi abidələri yox edən, 1945-ci illərdə 35000 azərbaycanlının qanın tökən, Türk dilində basılmış kitabları oda çəkən palançıların oğlu şah Rzanı törənə çağırılmasın heç qaba yerləşdirmək olmur!
İlham Əliyev neçə il öncə belə bir söz işlətdi: "Mən 50 milyon azərbaycanlının cumhur başqanıyam.Əlbəttə ki, o an səhnə tutmuşdu, o sözləri ağzına gətirmişdi.
Azərbaycan hakimiyyəti Avropada yaşayan diaspora bir birinin canına salmış. Əlbəttə sadəcə hakimiyyət deyil, bir bölüm diaspora üyələri də bu işə dünəndən hazırdırlar. Hakimiyyətin payladığı pastadan hər kəs bir parça qoparmaq istəyir."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?