"Əgər Ermənistan sülhdən danişırsa, ilk növbədə öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Bundan sonra regionda sülh və təhlükəsizlık təmin oluna bilər".
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib.
E.Məmmədyarov bildirib ki, bir neçə il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölqəsinin erməni və azərbaycanlı icmalar arasında təmaslar olub və bununla bağlı layihələr həyata keçirilib: "Azərbaycan bu qəlbdən olan təmasları dəstəkləyir". |Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?