[h5]Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qondarma rejim tərəfindən fizika üzrə beynəlxalq konfrans keçirilir. FaktXəbər "News.am" saytına istinadən bildirir ki, bu barədə ictimaiyyətə qondarma rejimin təhsil idarəsi məlumat verib.
Məlumata görə, "Kvant və Mezoskopik fizikada yeni tendensiya" adlı konfrans 3 iyul tarixinədək davam edəcək. Konfransın keçirilməsi barədə təşəbbüs məşhur fizik, fizika elmləri namizədi, Southampton Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin professoru Aleksey Kavokin tərəfindən irəli sürülüb.
Konfransın təşkilatçıları Rusiya Kvant Mərkəzi (Moskva) və Erməni-Rus (Slavyan) Universitetləridir (İrəvan). 10-dan çox ölkədən 50-ə yaxın mütəxəssis konfransda iştirak etmək üçün ərizə verib.
Qeyd edək ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Rusiyanın dövlət universitetinin professoru tərəfindən irəli sürülən bu təşəbbüs və konfrasın Rusiya tərəfindən təşkilatçılığı Moskvanın növbəti xəyanətidir. Belə ki, Rusiya Qarabağ problemində özünü neytral göstərsə də, vaxtaşırı sərgilədiyi siyasət Kremlin işğalçının yanında yer aldığını göstərir.[/h5]
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?