Bu gün- yanvarın 30-da qəzet sənayesinin təmsilçiləri - mətbuat orqanlarının rəhbərləri və yayım strukturlarının nümayəndələri Azərbaycan mətbuatında yaranmış ağır vəziyyətlə bağlı konfransa toplaşıblar. Musavat.com-un məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən konfrans “Azərbaycan mətbuatı - problemlər, perspektivlər” adlanır. Konfransda redaktorlar, jurnalistlər, yayım şirkətlərində çalışan və hazırda işsiz qalmaq təhlükəsiylə üzləşmiş işçilər, deputat, ictimai-siyasi xadimlər də iştirak edir.
İlk olaraq çıxış edən Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən 2014-cü ilin əvvəlində səyyar qəzet yayımına qoyulan qadağa bu konfransın keçirilməsini zəruri edib. Onun sözlərinə görə, səyyar mətbuat yayımı mətbuatın üçdə birini, hətta bir qədər də çoxunu təşkil edir: “Hesab edirik ki, bu gün səyyar yayıma qoyulan qadağalar ümumilikdə mətbuata qoyulan qadağalardır. Ona görə buraya yığışdıq ki, müzakirə edək və qərar verək, ölkəəy qəzet, yazılı mətbuat lazımdırmı?”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?