Müşavirədə çıxış edən Prezident İlham Əliyev çətin saatlarda göstərdiyi anlayışa, səbirə və təlaşa düşmədiyinə görə Azərbaycan xalqına təşəkkür edib.
Eyni zamanda, İlham Əliyev çətin anda göstərdikləri köməyə görə Rusiya və Gürcüstan hökumətlərinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan da həmçinin, çətin məqamlarda həmişə öz qonşularının köməyinə çatıb.
Dövlət başçısı əlavə edib ki, elektrik enerjisinin kəsilməsində günahkar olanların hamısı cəzalandırılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?