"Dağlıq Qarabağda müharibə və ya, ən azından vəziyyətin kəskinləşməsi qaçılmazdır”.
Bu haqda erməni ekspert Anna Mkrtçyan bildirib.
Onun sözlərinə görə, danışıqların xeyli vaxt ərzində aparılmaması və tərəflərin mövqelərinin sərtləşməsi belə pessimist proqnozlar üçün əsas kimi xidmət göstərir. Ekspert qeyd edir ki, Dağlıq Qarabağ üzrə yüksək səviyyədə danışıqlarda daxili siyasət hadisələrinə (Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçirildi, Ermənistanda isə Serj Sarkisyanın növbəti dəfə prezident seçilməsinə etiraz olaraq nümayişlər başlandı və nəticədə Nikol Paşinyan Sarkisyanı hakimiyyətdə uzaqlaşdırmağa nail oldu – red.) görə pauza yaranmışdı və güman edilirdi ki, yeni hakimiyyətin formalaşmasından sonra danışıqlar yeniləcək.
"Ancaq proseslər başqa inkişaf aldı. Azərbaycanda gözlənildiyi kimi, İlham Əliyev seçicilərin 80 faizindən çoxunun səsini alaraq prezident postuna yenidən seçildi. Ermənistanda isə inqilab dalğasında xalqın etibarını qazanan yeni hökumət yarandı və bu, Qarabağın münaqişəsinin nizama salması üzrə danışıqlara təsir etməyə bilməzdi”, - o qeyd edib.
Anna Mkrtçyan xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın (mayın 8-də baş nazir seçilmişdi – red.) Xankəndinə səfər etdi və qondarma "DQR”in danışıqların tamhüquqlu tərəfi olmasını tələbini səsləndirdi. Ekspert qeyd edir ki, sonradan bu ideya hökumət proqramında da əksini tapdı.
"Dağlıq Qarabağda müharibə yalnız vaxt məsələsidir”, - o hadisələrin gedişatını proqnozlaşdırıb./Publika.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?