Milli Şuranın prezidentliyə vahid namizədi, kinorejissor Rüstəm İbrahimbəyov “Meydan TV”də son günlər əsas müzakirə mövzusuna çevrilən məsələlərə aydınlıq gətirib.
İbrahimbəyov ikili vətəndaşlığının olması və bu amilin seçkilərdə iştirakına mane olması ilə bağlı iddiaları cavablandırıb:
“Mənim Rusiya vətəndaşlığım var idi. İndi ərizə yazmışam ki, vətəndaşlıqdan çıxıram . Ümidvaram ki yaxın günlərdə müsbət nəticə olacaq. Başa düşmürəm, mənim Azərbaycan vətəndaşlığımın olmaması ilə bağlı məlumatları nə məqsədlə yayırlar. Mənə gülməli gəlir, bəs mən necə Azərbaycan gedib gəlirəm? Bu, mənim Azərbaycan pasportumdur, 2018-ci ilədək müddəti var”.
Milli Şura sədri “Kremlin layihəsi” olması ilə bağlı onun ünvanına səsləndirilən iddialara da münasibət bildirib: “Mən dəfələrə demişəm ki, Kremlin proyekti İlham Əliyevdir. Vaxtilə Putin özü də deyib ki, onun hakimiyyətə gəlməsini dəstəkləmişəm. 2003-cü ildə İsa Qəmbər seçkiləri udmuşdu. Lakin ABŞ-la Rusiya İlhamı dəstəklədi. Öz aramızdır, o vaxtlar mən də İlham Əliyevdən razı idim. Cavan, savadlı, iki xarici dil bilən prezident mənim çox xoşuma gəlirdi. Münasibətimiz də yaxşı idi. Kim bilərdi ki, 3-4 il müddətində hökumət total korrupsuya içində olacaq, xalqımızın əsas hüquqları əlindən alınacaq. Min, yüzminlərə insan küçəyə atılacaq. Sovet vaxtından da ağır vəziyyət yaranıb. Neft şirkəti hökumətin adından nə istəyir edir
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?