Ermənistanın Azərbaycanın strategiyasına cavabı adekvat olacaq.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, guya yalnız erməni tərəfi konfliktin sülh yoluyla həllinin tərəfdarıdır.
Qeyd edək ki, son günlər Ermənistandan Azərbaycana qarşı təhdid xarakterli mesajların sayı artıb. Dünən qondarma rejimin silahlı terrorçularına rəhbərlik edən Levon Mnatsakanyan da Azərbaycanı təhdid edərək, Mingəçevir Su Elektrik Stansiyasını vura biləcəklərini deyib.
Azərbaycan MN isə Ermənistanın strateji obyektlərinin hədəfdə olduğunu, bu obyektlərin vurulacağı halda həmin ərazidə yaşayışın yüzillərlə mümkünsüz hala gələcəyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?