Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkə prezidentinə Baş Qərargahın rəisi Movses Akopyanın işdən çıxarılmasını təklif edib.
“Mən prezidentə təklif etdim ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisini başqa işə keçməsi ilə əlaqədar işdən azad etsin”, - Paşinyan deyib.
Onun sözlərinə görə, qərar qarşılıqlı razılıq əsasında qəbul edilib.
“Bu gün Baş Qərargaha yeni rəis təyin ediləcək”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, Movses Akopyan ən iddialı erməni hərbçilərindən biridir. Baş Qərargah rəisi təyin olunana qədər o, Qarabağ separatçılarının hərbi birləşmələrinə rəhbərlik edib. Qarabağ münaqişəsinin radikal həllinin tərəfdarı kimi tanınan Movses Akopyan mütəmadi olaraq Azərbaycana qarşı təxribatçı çıxışlar edib.
Sorğu
Yeni dizaynımız necədir?