Sentyabrın 15-də Milli Şura, Müsavat Patyiyası və çoxsaylı digər ictimai- siyasi təşkilatlar, ictimaiyyətin minlərlə nümayəndəsi Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə 1918-ci il döyüşlərində həlak olan Türkiyə hərbçilərinin xatirəsinə ucaldılmış "Türk əsgəri"nin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib.
AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və diəgr ictimai-siyasi xadimlər çıxış edərək Bakının azad edilməsinin tarixi əhəmiyyətindən danışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?