Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan Rusiyadan əks həmlə gəldi.
Cənubi Kipr mediasının yazdığına görə, Rusiya Suriyanın Şərqi Aralıq dənizi sahillərini hava və dəniz marşrutu üçün bağlayıb. Cənubi Kipr mediasının xəbərlərini İsrailin “Haaretz” qəzeti ölkəsindən olan səlahiyyətlilərə istinadən təsdiqləyib. Rusiyanın qəbul etdiyi qərar əsasən, bölgədə gələn həftədən etibarən heç bir təyyarə və gəmi hərəkət etməyəcək. Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib. Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb. Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?