Rusiya Müdafiə Nazirliyinin Suriyaya uçarkən bu gün səhər saatlarında Soçi yaxınlığında Qara dənizə düşən Tu-154 təyyarəsinin partladılması versiyası araşdırılır.
gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. "Müdafiə Nazirliyinin 223-cü uçuş dəstəsinə adi Tu-154B2 təyyarəsinin qəzaya uğramasının səbəbləri arasında terror aktı versiyası araşdırılır. Xüsusi xidmət orqanları Moskva ətrafındakı Çkalovsk hərbi aerodromunda və Soçi aerportunda təyyarəyə çıxış imkanları olan şəxsləri yoxlayır", - mənbə bildirib. Mənbə əlavə edib ki, terror aktı ehtimalı hələlik ancaq versiyadır. Bu versiya təyyarənin qara qutusunun deşifrəsindən sonra ya rədd ediləcək, ya təsdiqlənəcək.
Bundan əvvəl Rusiya KİV-ləri xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən hadisədə terror versiyasının istisna edildiyini, təyyarənin ya texniki səbəblər, ya pilot səhvi üzündən qəzaya uğradığının təxmin olunduğunu bildirmişdi.
Lakin Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarənin komandiri olduqca təcrübəli, peşəkar təyyarəçi olub. Pilot səhvi istisnadır. Məlum olub ki, həmin Tu-154 təyyarəsi ötən ilin sentyabrında Rusiyanın Suriyaya qəfil hərbi müdaxiləsi zamanı bu ölkənin Hava-Kosmik Qüvvələrinin Su-30, Su-35 və Su-24 təyyarələrindən ibarət dəstəsinin Hmeymim aviabazasına uçuşlarına rəhbərlik edib. Təyyarə qırıcıların önündə Xəzər dənizi üzərindən uçaraq dəfələrlə Suriyaya gedib. Qeyd edək ki, dispetçerlə ekipaj arasında sonuncu radio danışıqlarına əsasən uçuş normal keçir. Dispetçer uçuşun 20-ci dəqiqəsində komandirə hava şəraiti, küləyin sürəti və s. barədə məlumat verir, ancaq qəfildən təyyarə ilə əlaqə kəsilir. Komandir təyyarədə qəza vəziyyətinin yaranmasına dair hər hansı məlumat vermir. Qara dənizə düşən təyyarənin göyərtəsində 9 jurnalist, biri general olmaqla 8 hərbçi, Müdafiə Nazirliyinin Aleksandr adına mahnı və rəqs ansamblının 64 üzvü, o cümlədən iki federal mülki vəzifəli şəxs və heyət üzvləri (cəmi 92 nəfər) olublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?