Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayır.
Gundemxeber.Az "Report" la istinadla xəbər verir ki, sessiyanın gündəliyinə Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması məsələləri daxildir. Azərbaycanlı deputat Sahibə Qafarova bu mövzuda məruzə ilə çıxış edəcək.
Həmçinin AŞPA sessiyasının iştirakçıları İsrail ədliyyə sistemində fələstinli azlıqlarla rəftar məsələsini, Serbiyanın götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsini müzakirə edəcək və Avropa Şurasının BMT-nin insan hüquqları sahəsindəki mexanizmləri ilə əməkdaşlığını qiymətləndirəcəklər.
Eyni zamanda sessiya çərçivəsində Albaniya, Norveç və Türkiyə üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçilməsi baş tutacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?