Prezident Administrasiyası onların qarşısında tələb qoyub: “Seçkidə mövqe sərgiləyin, müxalifətə cavab verin!”
Prezident Administrasiyası səviyyəsində Milli Məclisin YAP-dan olan və bitərəf deputatları qarşısında tələb qoyulub. Adının çəkilməsini istəməyən deputatlardan birinin “Bizim Yol”a verdiyi xəbərə görə, PA rəhbərliyi onlardan seçki dönəmində aktiv olmağı, müxalifətin tənqidinə yönəlik müsahibələr verməyi tələb edib.
PA rəhbərliyi millət vəkilləri qarşısında “seçkilərdə öz mövqeyinizi ortaya qoyun” tələbini qəti şəkildə səsləndirib. Bu tələbdən sonra artıq öz susqunluqları ilə tanınan bəzi deputatlar müxtəlif saytlarda siyasi xarakterli yazılarla çıxış etməyə başlayıblar.
Məlumatda o da qeyd olunur ki, Milli Məclisin hər bir deputatına avqust ayında Bakıda olmaq tapşırığı da verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?