"Azərbaycan parlamentinin adı Milli Məclis yox, Millət Məclisi olmalıdır". Modern.az-ın məlumatına görə, bu təkliflə parlamentin üzvü Zahid Oruc çıxış edib.
Z.Orucun fikrincə, bu məsələdə rus və ingilis dili qarşılığı ilə paralellər aparmaq lazım deyil:
“Yəqin deyəcəklər ki, Fransada da Milli Assambleya var və bu ad bir milləti xarakterizə etmir, bütövlükdə çoxluğu təmsil edir. Azərbaycan isə çoxmillətli ölkədir. Biz Milli Bankın adını dəyişib Mərkəzi Bank qoyduq. Azərbaycan parlamentinin adını da dəyişmək lazımdır. Burada siyasi mənada milli kimlik işarəti götürülməlidir. Mənim təklifim heç bir halda özümüzü Türkiyə Böyük Millət Məclisinə adekvat, simvolik addım atmaq, onlarla eyniləşdirmək düşüncəsindən irəli gəlmir. Azərbaycanda bu atributlar oturuşduqca, belə məsələlərə baxmaq lazımdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?