GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiya ilə Türkiyə qarşı-qarşıya - TƏHLİL

Rusiya ilə Türkiyə qarşı-qarşıya - TƏHLİL

Tarix: 19-07-2013, 14:18 Bölmə :Siyasət Baxış: 816
Rusiya ilə Türkiyə qarşı-qarşıya - TƏHLİL
“Hərbi baza yaradılsa, Azərbaycan münaqişənin həlli üçün real addımlar ata bilər”

1992-ci ilin mart ayında yaranan ATƏT-in Minsk Qrupu neçə ildir ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair öhdəliklərini yerinə yetirmir. 20 ildən çoxdur Minsk Qrupunun vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilməməsi haqlı olaraq Azərbaycan tərəfinin etirazlarına səbəb olur. Bu mənada xarici işlər naziri Elmar Məmmədyarovun Minsk Qrupunun fəaliyyətindən Azərbaycanın narazı olduğunu deməsi haqlı mövqenin nümayiş etdirilməsidir. ATƏT-in Minsk Qrupunun münaqişə regionlarına səfərləri və bundan sonra ənənəvi açıqlamalar verməsi artıq bu təşkilatın konfliktin tənzimlənməsindəki vəzifələrini şübhə altına alır. Buna görə də Qarabağ probleminin həllinə dair yeni format və ideya axtarışlarına start verilməsi gündəmə gəlib. Son zamanlar isə qonşu Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin çözümündə aktivlik göstərməsi yeni formatın başlanğıcı hesab oluna bilər. Belə ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsini bir müddət öncə müzakirə etməsi qonşu ölkənin problemin həll olunmasındakı marağından xəbər verir. Bundan başqa bir neçə gün öncə Azərbaycanda səfərdə olan Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun müharibə başlayacağı təqdirdə də ölkəsinin Azərbaycana hərbi yardım edə biləcəyi ilə bağlı açıqlama verməsi maraq doğurmaya bilməz. Türk nazirin bu bəyanatından sonra Türkiyənin Azərbaycanda hərbi baza aça bilməsi məsələsi gündəmə gəlib.

“ “Qoşulmama Hərəkatı” ndan çıxmaq olar”

Məsələ barədə modern.az-a danışan Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün bir neçə parametrin olması vacib və əhəmiyyətlidir. Fikirlərini əsaslandıran siyasi ekspert hesab edir ki, bu faktorun əsas şərtlərindən biri ölkənin güclü iqtisadi və hərbi potensialının olmasıdır. “Bundan başqa digər mühüm amil ölkənin müttəfiqinin olmasıdır. Məlumdur ki, Türkiyə əvvəldən bizimlə strateji müttəfiq dövlətdir. Nəzərə alsaq ki, işğalçı Ermənistanda Rusiyanın hərbi bazasının olduğu təqdirdə Azərbaycanda belə bir baza yoxdur”.

Lakin Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi məsələsi bəzi suallar üzərində düşünməyə əsas verir. Çünki Azərbaycan heç bir hərbi blokda yer almayacağına dair 2011-ci ildə “Qoşulmamaq Hərəkatı” na tamhüquqlu üzv seçilib.

Qeyd edək ki, bu hərəkat ölkələri hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu haqda suallarımızı cavablandıran analitik qeyd edib ki, Azərbaycanın həqiqətən də bundan sonra hərbi birliklərdə yer alması mürəkkəb məsələyə çevrilib. “Ancaq Əhməd Davudoğlunun Azərbaycana səfərindən sonra Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsi aktuallaşıb. Bunu həyata keçirmək üçün isə müəyyən hüquqi baza da lazımdır. İlk növbədə “Qoşulmamaq Hərəkatı” ilə bağlı Azərbaycanın mövqeyində dəyişiklik ola bilər. Çünki bu təşkilatın mövcudluğu bir ölkənin hərbi bazasının Azərbaycanda yerləşdirməsini istisna edir. Lakin Türkiyə Azərbaycanda həqiqətən də hərbi baza yaradarsa, bu, münaqişənin həlli prosesinə yeni element və nüanslar əlavə edə bilər. Bu proses Azərbaycanın hərbi mövqeyini münaqişənin həlli bağlı imkanlarını genişləndirirsə, ölkəmiz “Qoşulmamaq Hərəkatı”ndan çıxmaqla bağlı müstəqil qərar vermək səlahiyyətindədir. Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, ölkəmiz münaqişənin həlli üçün real addımlar ata bilər və Ermənistan tərəfinin isə bu vəziyyətdə mövqeləri daha da zəifləmiş olar”-deyə vurğulayıb.

Rusiya ilə Türkiyə qarşı-qarşıya?

Azərbaycanda hərbi baza yaradılmasının gündəmə gəlməsi və məsələnin reallaşacağı zaman regionun digər güclü dövləti Rusiya ilə Türkiyənin əlaqələrində problemlərin yarana biləcəyi ilə bağlı sualımıza isə politoloq belə aydınlıq gətirib: “Türkiyə ilə Rusiyanın çox ciddi iqtisadi əlaqələri var. İki dövlətin razılaşmasına görə ticarət dövriyyəsi 100 milyarda dollara çatacaq. Hazırda isə ticarət dövriyyəsi 40 milyard dollara çatır. Rusiyanın Ermənistanda hərbi bazasının olması Türkiyə ilə münasibətlərə xələl gətirməyib. Türkiyənin də Azərbaycanda hərbi bazasının olması Rusiya ilə əlaqələrə xələl gətirməməlidir. Rusiya da Türkiyənin mövqeyini başa düşməlidir. Rusiya həmsədr ola-ola Ermənistanda hərbi bazaya sahibdirsə, onun Türkiyəyə qarşı çıxmasında heç bir hüquqi arqument yoxdur. Rusiyanın iqtisadi maraqları da Türkiyə ilə münasibətlərin inkişafını vacib sayır. Rusiyada müəyyən hərbi-siyasi dairələr Türkiyənin baza yaratmaq perspektivindən narazılıq ifadə etsələr də, bu heç bir halda iki dövlət arasındakı münasibətlərdə ciddi fikir ayrılığı yaratmayacaq. Türkiyənin Azərbaycanda hərbi bazasının olması əslində heç bir dövlətə yönəlik bir addım deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vyanada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək - Minsk qrupunun iştirakı ilə

    Vyanada Dağlıq Qarabağ münaqişəsi müzakirə ...

    10-07-2016, 15:41

  • 
  • İsveçdən Minsk qrupu AÇIQLAMASI

    İsveçdən Minsk qrupu AÇIQLAMASI ...

    10-02-2016, 13:55

  • 
  • Həmsədrlər Qarabağa görə Ankaraya gedirlər

    Həmsədrlər Qarabağa görə Ankaraya gedirlər ...

    15-07-2016, 15:23

  • 
  • Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

    Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər ...

    3-02-2014, 00:15

  • 
  • Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı məsələ qaldıracaq

    Azərbaycan ATƏT PA-da Minsk Qrupu ilə bağlı ...

    3-09-2014, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu