Derek Hoqan Dövlət Departamentində ABŞ-ın Moldova səfiri kimi and içib.
Bu barədə "Report" Moldova KİV-inə istinadən xəbər verir.
ABŞ-ın Moldovadakı səfirliyindən qeyd ediblər ki, diplomat Kişinyova bu ayın sonunda gələcək.
Xatırladaq ki, D.Hoqan 2017-ci ildən Dövlət Departamentinin icraçı katibinin müavini vəzifəsində çalışıb. O, Şərqi Avropa üzrə mütəxəssislərdən biridir, Rusiyada işləyib. Dövlət Departamentinin fəxri mükafatlarına layiq görülüb.
O, həmçinin daha əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyində ölkəsinin müvəqqəti işlər vəkili kimi də çalışıb.
Sorğu
Yeni dizaynımız necədir?